• Təqvim

  • Maraq



Qazax rayonunun 11 yaşayış məntəqəsində subartezian quyuları qazılacaqdır - 2018-ci ildə

Qazax rayonunun 11 yaşayış məntəqəsində subartezian quyuları qazılacaqdır -
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Ölkə Başçısının 12 mart 2018-ci il tarixli Sərəncamına əsasən Qazax rayonunun 11 yaşayış məntəqəsində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

2018-ci ildə rayonun Aşağı Salahlı (1 ədəd), Orta Salahlı (2 ədəd), Çaylı (2 ədəd), Canalı (1 ədəd), Hüseynbəyli (1 ədəd), Kosalar (1 ədəd), Dəmirçilər (1 ədəd), Xanlıqlar (1 ədəd) və Qarapapaq (1 ədəd) kəndlərində subartezian quyuları qazılacaqdır.

GOYEZEN.AZ


Facebook-da paylaş