Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır » Göyəzən internet portalı


Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır

Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır
Qazax rayonunda kənd təsərrüfatı ildən-ilə inkişaf edir, əkin sahələri genişləndirilir, bitkilərin çeşidləri artırılır. Müqayisə üçün deyək ki, ötən il rayonda ilk dəfə olaraq əkilən tütün yaxşı məhsul və gəlir verdiyi üçün bu mövsümdə tütün sahələri genişləndirilib.

Bu il isə ilk dəfə olaraq rayonda çuğundur əkilib. 523 hektar sahədə əkilmiş çuğundur tələb olunan səviyyədə becərilib, bitkilərə aqrotexniki qaydada qulluq göstərilib. Bunun nəticəsidir ki, sahələrdə bol məhsul yetişdirilib.

Artıq bir neçə gündür ki, rayonda çuğundurun yığımına başlanılıb. Bunun üçün lazım olan qədər texnika və işçi qüvvəsi ayrılıb. Ona görə də məhsul yığımı normal qaydada həyata keçir.

Bu günə qədər sahələrdən 145 tondan çox məhsul yığılıb. Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır.

GOYEZEN.AZ

Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır
Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır
Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır
Çuğundurun ilk dəfə əkilməsinə baxmayaraq məhsuldarlıq yaxşıdır


Facebook-da paylaş