Qazaxda tütün yığımı davam edir
2016-cı ildə rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilmişdir ki, bunun 30 hektarı Kosalar kəndindədir.
Artıq rayonda tütün yığımına başlanılıb. Bu günədək 15 ton tütün yığılıb.
Onu da qeyd edək ki, tütün yığımı ilə yanaşı sahələrin suvarılması işləri də aparılır.
Facebook-da paylaş