“Qadına şiddətə yox deyək!” » Göyəzən internet portalı


“Qadına şiddətə yox deyək!”

“Qadına şiddətə yox deyək!”
Qazax rayon Gənclər və İdman İdarəsi “Qadına şiddətə yox deyək!” mövzusunda tədbir keçirib. Tədbirdə rayonda təhsil alan tələbələr, ümumtəhsil məktəblərində oxuyan şagirdlər, idarə və müəssisələrdə çalışan fəal qadınlar iştirak edib.

Rayon Gİİ-nin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq beynəlxalq aləmdə qadın və uşaqlara qarşı zorakılıqla mübarizənin aktual bir problem olduğunu bildirib və sağlam cəmiyyətin formalaşması üçün şiddətə qarşı geniş şəkildə mübarizə aparmağın zəruriliyi vurğulayıb.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət Universiteti Qazax filialının müəllimi Gülnar Nəzərova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Tərlan Bədəlova, kollecin Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, mərkəzi kitabxananın müdiri Solmaz Babanlı və başqaları çıxış edərək cəmiyyətin ictimai həyatında qadının mövqeyi və rolu barədə danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş