“Gənc Könüllülər” "Bir-birimizi qoruyaq” adlı aksiyanı uğurla davam etdirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda
fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) "Bir-birimizi
qoruyaq” adlı yeni kampaniyaya start verib.
AKƏM-nin başlatdığı
"Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
"Gənc Könüllülər”i aksiyanı uğurla davam etdirir.
Bu kampaniya çərçivəsində gənclər əhalinin
kütləvilik təşkil etdiyi "Kapital Bank" ASC Qazax filialının və
"Azərpoçt" MMC-nin Qazax Poçt filialının qarşısında vətəndaşlar
arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya
etdikdən sonra onlara əlcək və maska paylayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş