Əsas Səhifə > Gənclər > “Gənc Könüllülər” "Bir-birimizi qoruyaq” adlı aksiyanı uğurla davam etdirir

“Gənc Könüllülər” "Bir-birimizi qoruyaq” adlı aksiyanı uğurla davam etdirir


20-05-2020, 17:48


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) "Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verib.

AKƏM-nin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i aksiyanı uğurla davam etdirir.

Bu kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik təşkil etdiyi "Kapital Bank" ASC Qazax filialının və "Azərpoçt" MMC-nin Qazax Poçt filialının qarşısında vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.








GOYEZEN.AZ


Geri qayıt