• Təqvim

  • Maraq



Qazaxlı könüllülər də ölkə başçısının onlara olan etimadını layiqincə doğruldurlar


Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında, dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Cənab Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirir. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyərdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 2020-ci ilin "Könüllülər ili” elan olunması gənclər, xüsusən də rayonda fəaliyyət göstərən könüllülər tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə qarşılanır. Qazaxlı könüllülər ölkə başçısı tərəfindən onlara göstərilən etimadı öz fəaliyyətləri ilə hər zaman doğrultmağa çalışırlar. Ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə böyük həvəslə qatılmaqla bunu bir daha nümayiş etdirdilər.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.

Yeni növ koronovirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "BİR Tələbə-Könüllü” Proqramı, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı Mərkəzi, digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir. 

Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazax Rayon İcra Hakimiyyəti  "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən sosial aksiyada Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i də fəallıq nümayiş etdirdilər. Aksiya başlayan ilk gündən dövlət qayğısı sayəsində rayonda daim atəş altında olan sərhəd kəndlərində yaşayan sakinlərə, Qarabağ müharibəsi əlillərinə, Çernobl əlillərinə, hərbi xidmət əlillərinə, aztəminatlı və çoxuşaqlı ailələrə,  hemodializ müalicəsi alan xəstələrə, rayonun uzunömürlü sakinlərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına sovqatların paylanılmasında yaxından iştirak etdilər.

Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət




Uzunömürlü sakinləri ziyarət


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyanı uğurla həyata keçirdilər. Fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları ev sahibləri tərəfindən də maraqla qarşılandı. Sözügedən təşəbbüsün əsas məqsədi isə qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparmaq, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaratmaqdır.

"Könüllü qonaq” aksiyası








"Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyaya qoşulmaqla əsl həmrəylik göstərdilər.

8 aprel tarixində başlayan "Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyaya da qoşuldu və üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər.

"Böyüklərimizi qoruyaq!” və "Könüllü Qonşu” aksiyaları











Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmadı. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etdilər.

Pandemiya ilə bağlı maarifləndirmə işi





Onu da qeyd edək ki, ötən il olduğu kimi, bu il də Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayıb. Əsas məqsəd ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsini olduğu kimi icra etməkdir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb və bu istiqamətdə işləri davam etdirir. Sevindirici hal isə odur ki, bu istək gənclər tərəfindən də maraqla qarşılanır.

Sovqatların paylanılması















GOYEZEN.AZ



Facebook-da paylaş