• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan mövsümün son yarışında 33 komandanın heyətində 165 gənc biliyini nümayiş etdirib.

Yarışın birinci mərhələsində səslənən 15 suala ən çox düzgün cavab verən 6 komanda final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələnin nəticələrinə görə müstəqil komandalardan "Volfram" komandası I, "Stronsium" komandası II, "Andromeda" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar müvafiq diplomarla təltif olunublar.





GOYEZEN.AZ



Facebook-da paylaş