Ulu öndərin doğum gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Erudit Kvartet" intellektual oyunları üzrə rayon turniri keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunları Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Erudit Kvartet" intellektual oyunları üzrə rayon turniri keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan yarışda 33 komandanın heyətində 132 gənc iştirak edib.
"Nə? Harada? Nə zaman?" mərhələsində ilk 8 yeri tutan komanda "Erudit Kvartet" mərhələsinə yüksəlib. Bu mərhələnin nəticələrinə görə "Stronsium" komandası I, "Sarkazm" komandası II, "Vanadium" komandası isə III yerə layiq görülüb.
Yekunda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş