Növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunları
Klubunun təşkilatçılığı ilə növbəti "Nə? Harada? Nə zaman?"
intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan yarışda 33
komandanın heyətində 155 gənc iştirak edib.
Yarışın birinci mərhələsində səslənən 15 suala ən çox
düzgün cavab verən 8 komanda final mərhələsinə vəsiqə qazanıb. Həlledici
mərhələnin nəticələrinə görə "Stronsium" komandası I,
"Xəmsə" komandası II, "Carpe Diem" komandası isə III yerə
layiq görülüb.
Qalib
və mükafatçılar müvafiq diplomlarla təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş