• Təqvim

  • Unutma

  • Maraq



Dahi şair Səməd Vurğunun adını daşıyan Qazax şəhər 2 nömrəli tam orta məktəb əsaslı yenidənqurmadan sonra - FOTOLAR


Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb 1965-ci ildən beynəlmiləl məktəb kimi fəaliyyət göstərir. Məktəbin ərazisi 14475 kv.m, bina sahəsi 2700 kv.m, tutumu 964 şagird yerlikdir. Məktəbdə 15 aprel 2018-ci il tarixdən bərpa gücləndirmə və əsaslı təmir işlərinə başlanılmışdır.

Məktəbdə aparılan əsaslı təmir işləri artıq başa çatdırılmış, müasir tələblərə uyğun lazımi invertarlarla təchiz olunmuşdur. Məktəb 3 mərtəbəli olmaqla 58 otaq və yardımçı binalardan ibarətdir. Əsas korpusda 38 sinif otağı, 3 fənn laboratoriyası, 4 fənn kabineti, 1 kitabxana, arxiv otağı, tibb otağı, psixoloq otağı, müəllimlər otağı, 3 müavin otağı, direktor otağı, 159 yerlik akt zalı, 64 yerlik bufet, texnologiya otağı və texniki işçilər üçün otaq, şagirdlər üçün 4, müəllimlər üçün 2 sanitar qovşağı mövcuddur. Yardımçı binada isə idman zalı, şagirdlərin və məşqçi müəllimlərin soyunma-geyinmə otaqları, eyni zamanda məktəbin həyətində qazanxana, motorxana, transformator, oğlan və qız üçün sanitar qovşağı, böyük və kiçik olmaqla 2 idman meydançası, 100-150 ton tutumu olan 2 su hovuzu yerləşir.

Məktəbdə tədris 2 şöbə - azərbaycan və rus bölməsi üzrə aparılır. Azərbaycan bölməsində 23 sinif komplekti üzrə 523 şagird, rus bölməsində 11 sinif komplekti üzrə 119 nəfər şagird olmaqla 642 nəfər şagird təhsil alır.

Məktəbdə 6 nəfər rəhbər heyət, 71 nəfər pedaqoji heyət, 27 nəfər texniki heyət olmaqla 104 nəfər işçi çalışır. Azərbaycan bölməsi üzrə 57 müəllim, rus bölməsi üzrə 14 nəfər müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.










































































Facebook-da paylaş