İcra başçısı 2 nömrəli məktəbdə görülən işlərlə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar
Hüseynovla birlikdə dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli
tam orta məktəbdə görülən işlərlə tanış olub. İş icraçısı
Pərviz Qafarov görülən işlər barədə məlumat verərək bildirib ki, rayon
rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə əsaslı tikinti işləri
aparılan məktəbdə işlərə ilk gündən böyük sürətlə start verilib. Məktəbin
əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı,
klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə
həyata keçirildiyini qeyd edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin
aparıldığını bildirib. Hazırda məktəbin həyətinə tamet döşəndiyini və bu işin
yekunlaşmaq üzrə olduğunu bildirib. Binanın həyətində dahi şair Səməd Vurğunun
büstünün qoyulması üçün hazırlıq işlərinin aparıldığını qeyd edib. Məlumat üçün
qeyd edək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara
cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarlarının da inşa olunub. Məktəbin
direktoru Murğuz Mustafayev müəllim-şagird
kollektivi barədə məlumat verib. Qeyd edib ki, məktəbdə Azərbaycan və rus bölmələri
üzrə tədris aparılır. 964 şagird yerlik məktəbdə 45 sinif otağı vardır. 34
sinif komplektində şagirdlərə dərs keçirilir. Həmin siniflərdən 23-ü Azərbaycan,
11-i rus bölməsi üzrədir. Hazırda məktəbdə 641 nəfər şagird təhsil alır ki,
onların da təlim-tərbiyəsi ilə 76 müəllim məşğul olur. Bundan əlavə, 6 nəfər rəhbər
heyət və 27 texniki işçi çalışır. Azərbaycan bölməsində 2 birinci, 1 doqquzuncu
və 2 onbirinci sinif var. Rus bölməsində isə birinci, doqquzuncu və onbirinci
siniflərin sayı 1-dir. Bundan başqa, 5 yaşlı hazırlıq qrupunda 51 uşaq elmin
sirlərinə yiyələnir. Məktəb
direktoru rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil
sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti
İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb.
Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər
zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə
edib. GOYEZEN.AZ
Facebook-da paylaş