Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir
Büdcə zərfinə daxil edilmiş "Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və
bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranmış normativ
hüquqi aktlara dair 1. "Əmək
pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi - Həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı
sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi
prosesi həddən artıq mürəkkəbdir. - Bu məqsədlə, həmin maddədə
əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri
ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin
təsis edilməsi təklif olunur. - Pensiya əlavələrinin ləğv
edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri
alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda
bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir. 2. Qanunun
19-cu maddəsinin ləğv edilməsi ilə dəyişikliklər edilməsi zərurəti yaranan
NHA-lar v "Sosial
müavinətlər haqqında” AR Qanununa dəyişikliklər - Ötən
ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin
optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid
ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl
AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq
kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif
olunur. v Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik - AR Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur. v Şəhid
ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin
artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik - Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 Yanvar şəhidləri daxil olmaqla)
AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək
artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət
və ya pensiya da alırlar). v Müharibə
və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik - Müharibə
ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün
məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə
AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə
əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan
300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda
müavinət və ya pensiya da alırlar). v Ümumi
səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik - Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR
Prezidentinin təqaüdünün100 manatdan 130 manatadəkartırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və
ya pensiya da alırlar). v Böyük
Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
məbləğinin artırılması – AR Prezidentinin Sərəncamına dəyişiklik - Böyük
Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150
manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da
alırlar). 3. "Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu
maddənin ləğvi) qəbul edilməsi zərurəti yaranan normativ hüquqi aktlar v I
dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi - Ümumi səbəblərdən I dərəcə
gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100
manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210
manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur. v "Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda
və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək
pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi - Bu şəxslər üzrə (Qanunun
20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin
edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200
(elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında
eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur. 4. Yekun
məlumat v Qanunun
19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi
ödənişinin davam etdirilməsi - Azərbaycanın
Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5
manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II
qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin
öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid
edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından
olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, siyasi
repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə, Böyük Vətən
Müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin
ödənişinin davam etdirilməsi təklif olunur.
Facebook-da paylaş