2025-ci ildə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 543 milyon 202,4 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən 0,2 faiz artmışdır.Məhsul buraxılışının həcmi 2024-cü illə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,9 faiz, tikinti sahəsində 5,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 20,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,0 faiz artmış, sənaye sahəsində 4,6 faiz, informasiya və rabitə sahəsində 8,0 faiz azalmışdır. 2025-ci ildə məhsul və xidmətlərin 93,3 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur.Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 5617,4 manat təşkil etmişdir.
Sənaye. 2025-ci ildə faktiki qiymətlərlə 225 milyon 305,2 min manatlıq və ya 2024-cü ilə nisbətən 4,6 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,6 faiz, emal sektoru 72,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,6 faiz təşkil etmişdir. Məhsulun 85,6faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2024-cü ilə nisbətən sabit qiymətlərlə 5,2 faiz azalmışdır. 2025-ci ildə mədənçıxarma sektorunda 30 milyon 560,3 min manatlıq, emal sektorunda 162milyon 264,5 min manatlıq məhsul istehsal edilmiş, 2024-cü ilə nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 18,5 faiz artmış, emal sektorunda 8,4 faiz, o cümlədən qida məhsullarının istehsalı 9,8 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 31 milyon 61,9 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 103293,6 MVt.s elektrik enerjisi, 146,65 milyon kub metr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 10,2 faiz azalmış, əhaliyə və digər istehlakçılara 1 milyon 243,7 min kub metr təbii su verilmişdir.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ildə heyvandarlıq sahəsində 5631,0 ton ət (diri çəkidə), 31725,6 ton süd, 12710,0 min ədəd yumurta, 236,3 ton yun istehsal edilmişdir. 2024-cü ilə nisbətən ət istehsalı 0,8 ton, süd istehsalı 1,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, yun istehsalı 1,3 ton azalmışdır. 2026-cı ilin yanvar ayının 1-nə 29285 baş iribuynuzlu mal-qara (ondan 15857 baş inək və camış), 122705 baş qoyun və keçi mövcud olmuşdur. 2024-cü ilə nisbətən, iribuynuzlu mal-qaranın sayı 55 baş (0,2 faiz) artmış, inək və camış 136 baş (0,9 faiz), qoyun və keçilərin sayı 1934 baş (1,6 faiz) azalmışdır.
Tikinti. 2025-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 530,3 min manatlıq, yaxud 2024-cü illə müqayisədə 48,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyon 327,3 min manatı və ya 84,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat. 2025-ci ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16657,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilə nisbətən 6,5 faiz artım müşahidə olunmuşdur. 2025-ci ildə avtomobil nəqliyyatı ilə 1576,0 min ton yük daşınmış və 2024-cü ilə nisbətən 5,6 faiz artmışdır.
İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ildə faktiki qiymətlərlə 1 milyon 127,6 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 718,4 min manatı və ya 63,7 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 8,0 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 76,3 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2024-cü ilə nisbətən 4,2 faiz azalmışdır.
Pərakəndə ticarət. 2025-ci ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 336 milyon 630,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 52 milyon 780,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 5,0 faiz artmışdır. Ticarət şəbəkələrində 191 milyon 410,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145 milyon 220,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2024-cü illə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,0 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,4 faiz artmışdır.
İstehlak qiymətləri indeksləri. 2025-ci ildə istehlak qiymətlərinin indeksi əvvəlki illə müqayisədə 108,5 faiz, o cümlədən qida məhsulları, alkaqollu içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-qida malları üzrə 105,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 111,9 faiz təşkil etmişdir.
Əməkhaqqı. 2025-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 769,1 manat, dövlət sektorunda 740,1 manat, qeyri-dövlət sektorunda 818,6 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesi sahəsində 1566,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 921,1 manat, maliyyə və sığorta sahəsində 1842,8 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1016,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 832,7 manat təşkil etmişdir.
Demoqrafik vəziyyət. 2025-ci ildə rayon əhalisinin sayı 212 nəfər artaraq 2026-cı il yanvar ayının 1-i tarixinə 96 min 679 nəfər təşkil etmişdir.
Cədvəl 1
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
|
|
2025-ci il,
faktiki
qiymətlərlə
|
2025-ci il
2024-cü ilə
nisbətən,
faizlə
|
Məlumat üçün
2024-cü il
2023-cü ilə
nisbətən, faizlə
|
|
Ümumi məhsul buraxılışı, min manat
|
543202,4
|
100,2
|
108,1
|
|
Sənaye məhsulunun ümumi həcmi*), min manat
|
225305,2
|
95,4
|
115,5
|
|
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə
|
7530,3
6327,3
|
51,2
45,3
|
22,1
21,2
|
|
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
|
176154,8
|
102,9
|
99,8
|
|
Nəqliyyat sektorunda yük daşınması*), min ton
|
1576,0
|
105,6
|
105,9
|
|
Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin
|
16657,0
|
106,5
|
107,6
|
|
İnformasiya və rabitə xidmətləri, min manat
|
1127,6
|
92,0
|
52,0
|
|
Pərakəndə ticarət dövriyyəsi*), min manat
|
336630,0
|
103,0
|
103,0
|
|
Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat
|
52780,0
|
105,0
|
103,2
|
|
Orta aylıq nominal əməkhaqqı*), manat
|
769,1**)
|
106,2****)
|
112,0****)
|
|
Əhalinin sayı, 01.01.2026 vəziyyətinə, nəfər
|
96679
|
100,1
|
100,3
|
Qeyd:
*) fiziki şəxslər nəzərə alınmaqla;
**) 2025-ci ilin yanvar-noyabr aylarında
***) 2025-ci ilin yanvar- noyabr ayları 2024-cü ilin yanvar- noyabr aylarına nisbətən
****) 2024-cü ilin yanvar- noyabr ayları 2023-cü ilin yanvar- noyabr aylarına nisbətən
Ümumi məhsul buraxılışı
2025-ci ildə 543 milyon 202,4 min manat həcmində və ya 2024-cü ilə nisbətən 0,2 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 5617,4 manat təşkil etmişdir. 2025-ci ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 225 milyon 305,2 min manat (41,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 176 milyon 154,8 min manat (32,4 faiz), tikinti sahəsində 18 milyon 370,5 min manat (3,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyon 522,7 min manat (2,7 faiz), informasiya və rabitə sahəsində 1127,6 min manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 107 milyon 721,6 min manat (19,8 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,9 faiz, tikinti sahəsində 5,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 20,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,0 faiz artmış, sənaye sahəsində 4,6 faiz, informasiya və rabitə xidmətləri sahəsində 8,0 faiz azalmışdır.
Cədvəl 2
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
|
|
2025-ci il
faktiki
qiymətlərlə,
min manat
|
2024-cü il
faktiki qiymətlərlə,
min manat
|
Qiymət indeksi, faizlə
|
2025-ci il
2024-cü ilin qiymətləri ilə,
min manat
|
Fiziki
həcm
indeksi,
faizlə
|
Ümumi
həcmdə
xüsusi
çəkisi,
faizlə
|
|
A
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|
Sənaye
|
225305,2
|
210080,4
|
112,4
|
200416,7
|
95,4
|
41,5
|
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
|
176154,8
|
158505,6
|
108,0
|
163065,6
|
102,9
|
32,4
|
|
Tikinti
|
18370,5
|
17464,1
|
100,0
|
18372,2
|
105,2
|
3,4
|
|
Nəqliyyat və anbar təsərrüfatı
|
14522,7
|
11870,0
|
101,5
|
14308,1
|
120,5
|
2,7
|
|
İnformasiya və rabitə
|
1127,6
|
1218,2
|
100,6
|
1120,9
|
92,0
|
0,2
|
|
Ticarət, nəqliyyat vasitələrinin təmiri
|
107721,6
|
99414,4
|
105,2
|
102397,0
|
103,0
|
19,8
|
|
Yekun:
|
543202,4
|
498552,7
|
108,7
|
499680,4
|
100,2
|
100,0
|
Qrafik 1
2025-ci ildə ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə
Qrafik 2
2025-ci ildə ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə
Sənaye
2025-ci ildə sənaye müəssisələri tərəfindən 225 milyon 305,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2024-cü illə müqayisədə 4,6 faiz az olmuşdur.Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 13,6 faizi mədənçıxarma sektorunda, 72,0 faizi emal sektorunda, 13,8 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilə nisbətən müqayisəli qiymət-lərlə 5,2 faiz azalaraq 192 milyon 916,3 min manat və ya sənaye məhsulunun 85,6 faizini təşkil etmişdir.
Qrafik 3
2025-ci ildə məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə
İstehlakçılara 221 milyon 663,8 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2026-cı il tarixinə sənaye müəssisələrinin anbarlarında 14 milyon 441,8 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 6,4 faizini təşkil etmişdir.
Cədvəl 3
Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı
|
2025-ci ildə istehsal edilmişdir,
min manatla
|
2024-cüilə
nisbətən
sabit qiymətlərlə, faizlə
|
İstehsalın ümumi həcmində xüsusi çəkisi,
faizlə
|
|
|
Cəmi *)
|
225305,2
|
95,4
|
100,0
|
|
|
o cümlədən: dövlət sektoru
|
32388,9
|
95,5
|
14,4
|
|
|
qeyri-dövlət sektoru
|
192916,3
|
94,8
|
85,6
|
|
|
Mədənçıxarma sənayesi
|
30560,3
|
118,5
|
13,6
|
|
|
o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri
|
30560,3
|
118,5
|
13,6
|
|
|
Emal sənayesi
|
162264,5
|
91,6
|
72,0
|
|
o cümlədən: qida məhsullarının istehsalı
|
6416,7
|
90,2
|
2,8
|
|
içki istehsalı
|
47,5
|
37,8
|
0,0
|
|
mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı
|
1042,2
|
231,7
|
0,5
|
|
poliqrafiya məhsullarının istehsalı
|
796,1
|
157,5
|
0,4
|
|
rezin və plastik kütlə məmulatlarının istehsalı
|
417,9
|
226,2
|
0,2
|
|
tikinti materiallarının istehsalı
|
143274,3
|
91,9
|
63,6
|
|
mebellərin istehsalı
|
10097,0
|
85,6
|
4,5
|
|
sair sənaye məhsullarının istehsalı
|
9,5
|
164,2
|
0,0
|
|
maşın və avadanlıqların quraşdırılması və təmiri
|
140,0
|
332,5
|
0,0
|
|
elektrik avadanlıqlarının istehsalı
|
23,3
|
-
|
0,0
|
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
|
31061,9
|
94,4
|
13,8
|
|
Su təchizatı, tullantıların
təmizlənməsi və emalı
|
1418,5
|
89,8
|
0,6
|
|
o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması
|
986,8
|
88,4
|
0,4
|
|
digər tullantıların yığılması və məhv edilməsi
|
431,7
|
91,3
|
0,2
|
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla
Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 30 milyon 560,3 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 13,6 faiz təşkil etmiş və 2024-cü illə müqayisədə 18,5 faiz artmışdır.
Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ildə 162 milyon 264,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 72,0 faiz təşkil etmiş və 2024-cü ilə nisbətən 8,4 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalında tikinti materiallarının istehsalı 63,6 faiz, qida məhsullarının istehsalı 2,8 faiz, mebellərin istehsalı 4,5 faiz, digər məhsulların istehsalı isə 1,1 faiz təşkil edir.
Qida məhsullarının istehsalı 6 milyon 416,7 min manat olaraq, bölmə üzrə məhsulun 4,0 faizini təşkil etmiş, içki istehsalınınhəcmi isə 47,5 min manat olmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən2025-ci il ərzində 31 milyon 61,9 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2024-cü illə müqayisədə 5,6 faiz azalmış vərayon əhalisinə və digər istehlakçılara 103293,6 MVts elektrik enerjisi, 146,65 milyon kub metr təbii qaz verilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulun həcmi 2024-cü ilə nisbətən 10,2 faiz azalaraq və 1 milyon 418,5 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1243,7 min kubmetr təbii su verilmişdir.
Cədvəl 4
Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)
|
Məhsul növlərinin adı və
ölçü vahidi
|
2025-ci ildə istehsal
edilmişdir
(əmtəəlik)
|
2024-cü
İlə
nisbətən,
faizlə
|
01.01.2026-cı il tarixinə
hazır məhsul ehtiyatı
|
|
Mədənçıxarma sənayesi
|
|
bentonit, ton
|
295883,0
|
118,3
|
238845
|
|
əhəngdaşı tozu, ton
|
19683,2
|
120,5
|
-
|
|
inşaat üçün əhəng daşı, ton
|
34337,6
|
119,0
|
-
|
|
kvarsit, ton
|
163611,7
|
62,3
|
-
|
|
Qida məhsullarının istehsalı
|
|
|
|
|
buğda və ya çovdarla qarışıq buğda unu, ton
|
312,0
|
95,0
|
-
|
|
çörək, ton
|
1298,1
|
106,8
|
-
|
|
İçki istehsalı
|
|
Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr
|
15,0
|
37,8
|
-
|
|
Sement istehsalı
|
|
Portland sement, min ton
|
880,42
|
102,5
|
6,77
|
|
Sement klinkerləri
|
225,69
|
45,9
|
98,36
|
|
Mebellərin istehsalı
|
|
yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd
|
6196
|
90,8
|
-
|
|
Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı
|
|
elektrik enerjisinin bölüşdürülməsi, MVt.s
|
103293,6
|
109,8
|
-
|
|
qazın bölüşdürülməsi, milyon kubmetr
|
146,65
|
97,0
|
-
|
|
buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal
|
3688,5
|
86,1
|
-
|
|
təbii suyun yığılması və bölüşdürülməsi,
min kub metr
|
1243,7
|
101,3
|
-
|
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla
Tikinti
Əsas kapitala yönəldilmiş vəsaitlər
2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 530,3 min manat və ya 2024-cü illə müqayisədə 48,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyon 327,3 min manatı və ya 84,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 40,5 faizini dövlət, 59,5 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Cədvəl 5
Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
|
|
2025-ci il,
min manatla
|
2024-cü ilə nisbətən,
faizlə
|
Ümumi
həcmdə
xüsusi çəkisi, faizlə
|
|
Cəmi
|
7530,3
|
51,2
|
100,0
|
|
o cümlədən: dövlət sektoru
|
3049,1
|
35,4
|
40,5
|
|
qeyri-dövlət sektoru
|
4481,2
|
73,4
|
59,5
|
Qrafik 4
2025-ci ildə əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə
Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla
(2025-ci il)
Cədvəl 6
|
|
Cəmi
|
Ümumi
yekuna nisbətən,
faizlə
|
2024-cü ilə
nisbətən (faktiki qiymətlərlə), faizlə
|
|
Cəmi
|
18370,5
|
100,0
|
105,2
|
|
o cümlədən: inşa,yenidənqurma və bərpa işləri
|
15437,9
|
84,0
|
113,2
|
|
cari təmir işləri
|
2887,3
|
15,7
|
99,2
|
|
sair tikinti işləri
|
45,3
|
0,3
|
100,0
|
Kənd təsərrüfatı
2025-ci ildə kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 176 milyon 154,8 min manat təşkil etmiş və 2024-cü illə müqayisədə 2,9 faiz artmışdır.
Bitkiçilik. 2025-ci ilin məhsulu üçün tarlalarda bitkiçilik məhsullarının istehsalı başa çatmışdır. 2025-ci ildə bütün təsərrüfat kateqoriyalarında bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.
Cədvəl 7
2025-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
Cəmi əkin sahəsi
|
18535,0
|
18533,0
|
100,0
|
|
o cümlədən: dənlilər və dənli paxlalı bitkilər
|
11950,0
|
11921,0
|
100,2
|
|
o cümlədən: buğda
|
4645,0
|
4507,0
|
103,1
|
|
Arpa
|
6835,0
|
6938,0
|
98,5
|
|
Vələmir
|
80,0
|
80,0
|
100,0
|
|
Sorqo
|
30,0
|
32,0
|
93,8
|
|
Qarğıdalı
|
350,0
|
350,0
|
100,0
|
|
Paxlalılar
|
10,0
|
14,0
|
71,4
|
|
Günəbaxan
|
35,0
|
40,0
|
87,5
|
|
Tərəvəz
|
786,0
|
791,0
|
99,4
|
|
Kartof
|
1330,0
|
1320,0
|
100,8
|
|
Yem bitkiləri
|
4391,0
|
4416,0
|
99,4
|
|
Bostan bitkiləri
|
43,0
|
45,0
|
95,6
|
Cədvəl 8
2025-ci ildə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq
|
Yığılmış sahə, hektar
|
Yığılmış məhsul, ton
|
Məhsuldarlıq, sen/ha
|
|
Dənli və dənli paxlalıların, cəmi
|
11950,0
|
40577,0
|
33,9
|
|
Dənli bitkilər, cəmi
|
11940,0
|
40555,0
|
33,9
|
|
o cümlədən: buğda
|
4645,0
|
16304,0
|
35,1
|
|
Arpa
|
6835,0
|
21940,0
|
32,1
|
|
Qarğıdalı
|
350,0
|
2008,0
|
56,5
|
|
sair dənli bitkilər
|
110,0
|
303,0
|
27,5
|
|
Paxlalı bitkilər (noxud)
|
10,0
|
22,0
|
22,0
|
|
Dən üçün günəbaxan
|
35,0
|
81,5
|
23,3
|
|
Kartof, tərəvəz və bostan bitkilərinin, cəmi
|
2159,0
|
-
|
-
|
|
o cümlədən: kələm
|
55,0
|
1485,0
|
270,0
|
|
Xiyar
|
120,0
|
4450,0
|
265,0
|
|
Pomidor
|
215,0
|
7530,0
|
260,0
|
|
Baş soğan
|
30,0
|
1597,2
|
249,0
|
|
Sarımsaq
|
10,0
|
145,0
|
145,0
|
|
Badımcan
|
36,0
|
1044,0
|
290,0
|
|
Bibər
|
55,0
|
1430,0
|
259,6
|
|
Yaşıl lobya
|
180,0
|
414,0
|
23,0
|
|
sair tərəvəzlər
|
85,0
|
850,0
|
100,0
|
|
Kartof
|
1330,0
|
50540,0
|
380,0
|
|
Qarpız
|
40,0
|
1000,0
|
250,0
|
|
Yemiş
|
3,0
|
75,0
|
250,0
|
|
Yem bitkiləri, cəmi
|
4391,0
|
14590,2
|
33,0
|
|
Meyvələr, cəmi
|
1525,0
|
17200,6
|
112,8
|
|
Giləmeyvələr, cəmi
|
43,1
|
856,0
|
198,6
|
|
Üzüm
|
284,7
|
3880,0
|
133,5
|
Heyvandarlıq. 2025-ci ildə heyvandarlıq bölməsində diri çəkidə 5631,0 ton ət, 31725,6 ton süd, 12710,0 min ədəd yumurta, 236,3 ton yun istehsal edilmişdir. 2024-cü ilə nisbətən ət istehsalı 0,8 ton, süd istehsalı 1,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, yun istehsalı 1,3 ton azalmışdır.
Cədvəl 9
Heyvandarlıq məhsullarının istehsalı, ton
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il 2024-cü ilə nisbətən
|
|
%
|
+, -
|
|
Ət (diri çəkidə)
|
5631,0
|
5630,2
|
100,0
|
+0,8
|
|
Süd
|
31725,6
|
31724,3
|
100,0
|
+1,3
|
|
Yumurta, min ədəd
|
12710,0
|
12705,0
|
100,0
|
+5,0
|
|
Yun
|
236,3
|
237,6
|
99,5
|
-1,3
|
İlkin hesablamalara əsasən 2026-ci il yanvar ayının 1-i tarixinə 29285 baş iribuynuzlu mal-qara (ondan 15857 baş inək və camış), 122705 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 55 baş (0,2 faiz) artmış, ana inək və camışların sayı 136 baş (0,9 faiz), qoyun və keçilərin sayı 1934 baş (1,6 faiz) azalmışdır.
Cədvəl 10
Mal-qaranın sayı, 01.01.2026-cı il tarixinə, baş
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-cü ilə nisbətən
|
|
%
|
+, -
|
|
İribuynuzlu mal-qara
|
29285
|
29230
|
100,2
|
+55
|
|
ondan: inək və camışlar
|
15857
|
15993
|
99,1
|
-136
|
|
Qoyun və keçilər
|
122705
|
124639
|
98,4
|
-1934
|
Nəqliyyat
2025-ci ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16657,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilə nisbətən 6,5 faiz artmışdır.
Cədvəl 11
Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il 2024-cü ilə
nisbətən, faizlə
|
|
Cəmi
|
16657,0
|
15635,0
|
106,5
|
2025-ci ildə avtomobil nəqliyyatı ilə 1576,0 min ton yük daşınmış və 2024-cü ilə nisbətən 5,6 faiz artmışdır.
Cədvəl 12
Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-ilə
nisbətən,
faizlə
|
|
Cəmi
|
1576,0
|
1493,0
|
105,6
|
2025-ci ildə nəqliyyat müəssisələri tərəfindən 14 milyon 522,7 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilə nisbətən 20,5 faiz artmışdır. Göstərilmiş xidmətin 261,9 min manatı (1,8 faizi) dövlət sektorunun, 14 milyon 260,8 min manatı (98,2 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.
Cədvəl 13
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə
|
14522,7
|
11870,0
|
120,5
|
|
o cümlədən: dövlət sektoru
|
261,9
|
324,1
|
79,6
|
|
qeyri-dövlət sektoru
|
14260,8
|
11545,9
|
121,7
|
İnformasiya və rabitə
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ildə 2024-cü illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,0 faiz azalaraq 1127,6 min manat təşkil etmişdir ki, bunun da 718,4 min manatı (63,7 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 15,3 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 76,3 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 23,7 faiz təşkil etmişdir.
Cədvəl 14
İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
|
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-cü ilə
nisbətən,
faizlə
|
|
İnformasiya və rabitə
xidmətlərindən əldə olunan gəlir
|
1127,6
|
1218,2
|
92,0
|
|
o cümlədən: dövlət sektoru
|
860,3
|
883,7
|
96,8
|
|
qeyri-dövlət sektoru
|
267,3
|
334,5
|
79,4
|
İstehlak bazarı
2025-ci ildə istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 394 milyon 630,0 min manat olmaqla, 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artmışdır.
Cədvəl 15
İstehlak bazarı üzrə əsas göstəricilər
|
|
2025-ci il,
min manatla
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri
|
394630,0
|
103,3
|
|
o cümlədən: dövlət mülkiyyəti üzrə
|
11469,9
|
100,7
|
|
qeyri-dövlət mülkiyyəti üzrə
|
383160,1
|
103,4
|
|
ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə
|
307095,5
|
105,6
|
Əmtəə bazarı
2025-ci ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 336 milyon 630,0 min manatlıq məhsul satılmış və onun 191 milyon 410,0 min manatını (56,9 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145 milyon 220,0 min manatını (43,1 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,0 faiz, o cümlədən qeyri-ərzaq malları 6,4 faiz, ərzaq məhsulları içkilər və tütün məmulatları üzrə isə 1,0 faiz artmışdır.
Cədvəl 16
Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
|
|
2025-ci il,
min manatla
|
Ümumi yekunda xüsusi çəkisi, faizlə
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
Pərakəndə ticarət dövriyyəsi
|
336630,0
|
100,0
|
103,0
|
|
o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları
|
191410,0
|
56,9
|
101,0
|
|
qeyri-ərzaq malları
|
145220,0
|
43,1
|
106,4
|
2025-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 165,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 125,1 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 22,2 faizini hüquqi şəxslər, 19,4 faizini fərdi sahibkarlar tərəfindən, 58,4 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.
Cədvəl 17
Məhsul bazarı üzrə əsas göstəricilər
|
|
2025-ci il,
min manatla
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
Pərakəndə ticarət dövriyyəsi
|
336630,0
|
103,0
|
|
o cümlədən: müəssisələr üzrə
|
74642,8
|
95,8
|
|
fərdi sahibkarlar üzrə
|
65327,7
|
94,1
|
|
bazar və yarmarkalar üzrə
|
196661,5
|
109,5
|
Qrafik 5
2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə
Cədvəl 18
2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin dinamikası
|
|
Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə
|
|
Pərakəndə
ticarət dövriyyəsi
|
o cümlədən
|
|
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
|
qeyri-ərzaq
malları üzrə
|
|
2025-ci il
|
|
Yanvar-dekabr
|
103,0
|
101,0
|
106,4
|
|
2024-cü il
|
|
Yanvar-dekabr
|
103,6
|
101,5
|
106,5
|
01.01.2026-cı il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 15 milyon 718,6 min manat təşkil etmişdir.
İctimai iaşə xidmətləri
2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə 7,0 faiz artaraq 5 milyon 220,0 min manat olmuşdur.
Cədvəl 19
|
|
2025-ci il,
min manatla
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
İctimai iaşə xidmətləri, cəmi
|
5220,0
|
107,0
|
|
o cümlədən: hüquqi şəxslər üzrə
|
-
|
-
|
|
fiziki şəxslər üzrə
|
5220,0
|
107,0
|
Əhaliyə göstərilən ödənişli xidmətlər
2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilə nisbətən real ifadədə 5,0 faiz artaraq 52 milyon 780,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 12 milyon 891,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 24,4 faizini təşkil etmişdir.
Cədvəl 20
Ödənişli xidmətlərin göstərilməsi
|
|
2025-ci il,
min manatla
|
2025-ci il
2024-cü ilə
nisbətən, faizlə
|
|
Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi
|
52780,0
|
105,0
|
|
o cümlədən: dövlət sektoru
|
11469,9
|
100,7
|
|
qeyri-dövlət sektoru
|
41310,1
|
106,3
|
|
ondan: fiziki şəxslər
|
39388,3
|
107,5
|
2025-ci ildə əhalinin hər bir nəfəri orta hesabla 545,8 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Cədvəl 21
Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
|
|
Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə
|
|
|
Əhaliyə göstərilən ödənişli xidmətlər
|
o cümlədən
|
|
|
hüquqi şəxslər üzrə
|
fiziki şəxslər
üzrə
|
|
|
2024-cü il
|
|
|
Yanvar-dekabr
|
103,2
|
34,5
|
352,5
|
|
|
2025-ci il
|
|
Yanvar-dekabr
|
105,0
|
97,8
|
107,5
|
|
İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 85,8 faiz təşkil etmişdir.
Cədvəl 22
İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
|
|
2025-ci il,
min manatla
|
2025-ci il
2024-cü ilə nisbətən, faizlə
|
Ümumi həcmdə
xüsusi çəkisi, faizlə
|
|
İri və orta müəssisələr üzrə, cəmi
|
12449,6
|
98,5
|
100,0
|
|
o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr)
|
1768,8
|
73,2
|
14,2
|
|
digər sahələrin iri və orta
|
10680,8
|
104,5
|
85,8
|
|
ondan sənaye
|
10680,8
|
104,5
|
85,8
|
Qrafik 6
2025-ci ildə iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə
Qiymət indeksləri
İstehlak qiymətləri indeksi
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,9 faiz, 2025-ci ilin yanvar-dekabr aylarında isə əvvəlki ilə nisbətən 108,5 faiz təşkil etmişdir. 2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilə nisbətən 108,1 faiz təşkil etmişdir. 2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilə nisbətən 105,0 faiz təşkil etmişdir. 2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilə nisbətən 111,9 faiz təşkil etmişdir.
Cədvəl 23
İstehlak qiymətləri indeksinin dəyişməsi
|
|
Cəmi məhsullar və xidmətlər
|
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları
|
|
əvvəlki aya nisbətən, faizlə
|
əvvəlki ilə
nisbətən,
faizlə
|
əvvəlki aya nisbətən,
faizlə
|
əvvəlki ilə
nisbətən,
faizlə
|
|
2025-ci il
|
|
Oktyabr
|
100,5
|
109,2
|
101,0
|
108,4
|
|
Noyabr
|
99,7
|
108,9
|
99,7
|
108,2
|
|
Dekabr
|
100,9
|
108,5
|
101,7
|
108,1
|
..ardı
|
|
Qeyri-qida məhsulları
|
Ödənişli xidmətlər
|
|
əvvəlki aya nisbətən, faizlə
|
əvvəlki ilə
nisbətən,
faizlə
|
əvvəlki aya nisbətən,
faizlə
|
əvvəlki ilə
nisbətən,
faizlə
|
|
2025-ci il
|
|
Oktyabr
|
100,3
|
105,2
|
100,0
|
113,4
|
|
Noyabr
|
99,6
|
105,2
|
100,0
|
112,7
|
|
Dekabr
|
100,2
|
105,0
|
100,2
|
111,9
|
Muzdla işləyənlərin sayı
Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-noyabr aylarında 10514 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6623 nəfər (63,0 faiz), qeyri-dövlət sektorunda isə 3891 nəfər (37,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 21,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,7 faizi sənaye (o cümlədən 3,3 faizi mədənçıxarma, 7,8 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,8 faizi tikinti, 0,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,0 faizi xidmət sahələrində, o cümlədən 28,8 faizi təhsil, 19,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi maliyyə və sığorta, 0,9 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
Yeni iş yerlərinin açılması
2025-ci ildə hüquqi şəxslər üzrə 76 yeni iş yeri açılmış və 752 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 72-i mövcud müəssisə və təşkilatlarda, 4 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda açılmışdır.
Cədvəl 24
2024-cü və 2025-ci ildə yeni açılmış iş yerlərinin xarakteristikası
|
|
2024-cü il
|
2025-ci il
|
Yekuna görə xüsusi çəkisi, faizlə
|
|
Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi
|
150
|
76
|
100,0
|
|
o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda
|
25
|
4
|
5,3
|
|
mövcud müəssisə və təşkilatlarda
|
125
|
72
|
94,7
|
|
Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı
|
1027
|
752
|
100,0
|
Əməkhaqqı
2025-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 769,1 manat, həmçinin dövlət sektorunda 740,1 manat, qeyri-dövlət sektorunda 818,6 manat təşkil etmiş, 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən rayon üzrə 6,2 faiz, o cümlədən dövlət sektoru üzrə 8,4 faiz, qeyri-dövlət sektoru üzrə isə 3,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1566,5 manat, mədənçıxarma sənayesində 991,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 921,1 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 968,7 manat, maliyyə və sığorta sahəsində 1842,8 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1016,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 832,7 manat təşkil etmişdir.
Cədvəl 25
2025-ci ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
|
Hərfi
işarəsi
|
Fəaliyyət növləri
|
İşçilərin
sayı,
nəfər
|
Bir işçiyə düşən orta aylıq nominal
əməkhaqqı, manatla
|
|
2025-ci ilin yanvar-noyabr aylarında
|
2024-cü ilin yanvar- noyabr aylarına
nisbətən,
faizlə
|
Orta rayon göstəricisinə
nisbətən,
faizlə
|
|
|
Cəmi
|
10514
|
769,1
|
106,2
|
100,0
|
|
|
ondan: dövlət mülkiyyəti
|
6623
|
740,1
|
108,4
|
96,2
|
|
|
qeyri-dövlət mülkiyyəti
|
3891
|
818,6
|
103,6
|
106,4
|
|
A
|
o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
|
52
|
631,4
|
125,7
|
82,1
|
|
B
|
Mədənçıxarma sənayesi
|
346
|
991,6
|
98,4
|
128,9
|
|
C
|
Emal sənayesi*)
|
825
|
1566,5
|
91,5
|
203,7
|
|
D
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
|
222
|
921,1
|
99,3
|
119,8
|
|
E
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı
|
472
|
603,7
|
120,4
|
78,5
|
|
F
|
Tikinti
|
297
|
549,4
|
117,1
|
71,4
|
|
G
|
Ticarət, nəqliyyat vasitələrinin təmiri*)
|
2086
|
508,1
|
106,7
|
66,1
|
|
H
|
Nəqliyyat və anbar təsərrüfatı *)
|
217
|
968,7
|
109,5
|
126,0
|
|
İ
|
Yaşayışın təşkili və
ictimai iaşə *)
|
14
|
541,0
|
129,0
|
70,3
|
|
J
|
İnformasiya və rabitə *)
|
94
|
644,4
|
94,2
|
83,8
|
|
K
|
Maliyyə və sığorta fəaliyyəti
|
149
|
1842,8
|
107,0
|
239,6
|
|
L
|
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
|
44
|
456,3
|
112,0
|
59,3
|
|
M
|
Peşə, elmi və texniki fəaliyyət
|
24
|
681,0
|
117,6
|
88,5
|
|
...ardı
|
|
N
|
İnzibati və yardımçı xidmətlərin göstərilməsi
|
205
|
579,9
|
113,0
|
75,4
|
|
O
|
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
|
597
|
1016,5
|
100,7
|
132,2
|
|
P
|
Təhsil
|
3023
|
675,3
|
109,8
|
87,8
|
|
Q
|
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
|
1219
|
832,7
|
109,7
|
108,3
|
|
R
|
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
|
585
|
517,2
|
108,1
|
67,2
|
|
S
|
Digər sahələrdə xidmətlərin göstərilməsi
|
43
|
741,6
|
98,4
|
96,4
|
*) Fiziki şəxslər nəzərə alınmaqla
Qrafik 7
2025-ci və 2024-cü ilin yanvar-noyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla
Demoqrafik vəziyyət
İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2025-ci ildə 212 nəfər artaraq 01.01.2026-cı il tarixinə 96 min 679 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.
Cədvəl 26
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
|
Demoqrafik göstəricilər
|
Nəfərlə
|
Əhalinin hər 1000 nəfərinə
|
|
2025-ci il
|
2024-cü il
|
artım(+)
azalma(-)
|
2025-ci il
|
2024-cü il
|
2025-ci il
2024-cü ilə nisbətən,
faizlə
|
|
Təbii artım
|
237
|
297
|
-60
|
2,4
|
3,1
|
77,4
|
|
Doğulanlar
|
959
|
994
|
-35
|
9,9
|
10,3
|
96,1
|
|
Ölənlər
|
722
|
697
|
+25
|
7,5
|
7,2
|
104,2
|
|
Nikahlar
|
462
|
524
|
-62
|
4,8
|
5,4
|
88,8
|
|
Boşanmalar
|
184
|
199
|
-15
|
1,9
|
2,1
|
90,5
|
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2025-ci ildə rayonda 959 nəfər doğulan körpə, 722 ölüm, 462 nikah, 184 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 9,9, ölənlər 7,5, nikahlar 4,8, boşanmalar 1,9 təşkil etmişdir.
Qrafik 8
2025-ci və 2024-cü illərdə demoqrafik göstəricilər, nəfərlə
Dürdanə XƏLİLOVA,
Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş