• Təqvim

  • Maraq



2024-cü ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


2024-cü ildə Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 499 milyon 499,1 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən 8,0 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü illə müqayisədə sənaye sahəsində 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,6 faiz, tikinti sahəsində 49,8 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, informasiya və rabitə sahəsində 48,0 faiz  azalmışdır. 2024-cü ildə məhsul və xidmətlərin 93,7 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 5184,9 manat təşkil etmişdir. 

Sənaye. 2024-cü ildə faktiki qiymətlərlə 211 milyon 289,8 min manatlıq və ya 2023-cü ilə nisbətən 15,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,7 faiz, emal sektoru 70,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,7 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 1,9 faiz azalmışdır. 2024-cü ildə mədənçıxarma sektorunda 33 milyon 097,4 min manatlıq, emal sektorunda 147 milyon 953,2 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilə nisbətən məhsul istehsalı müqayisəli  qiymətlərlə mədənçıxarma sektorunda 67,3 faiz, emal sektorunda 5,6 faiz artmışdır. Emal sektorunda 2023-cü ilə nisbətən tikinti materiallarının istehsalı 8,0 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 28 milyon 553,3 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 94093,8 MVt.s elektrik enerjisi, 151,12 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 14,5 faiz artmış, əhaliyə və digər istehlakçılara 1228,2 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ildə heyvandarlıq sahəsində 5630,2 ton ət (diri çəkidə), 31724,3 ton süd, 12705,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilə nisbətən ət istehsalı 4,0 ton, süd istehsalı 0,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. 2025-ci ilin yanvar ayının 1-nə 29014 baş iribuynuzlu mal-qara (ondan 15843 baş inək və camış), 123122 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 481 baş (1,6 faiz), qoyun və keçilərin sayı 3227 baş (2,6 faiz) azalmışdır.

Tikinti. 2024-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 685,1 min manatlıq, yaxud 2023-cü illə müqayisədə 77,9 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyon 932,6 min manatı və ya 95,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15635,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilə nisbətən 7,6 faiz artım müşahidə olunmuşdur. 2024-cü ildə avtomobil nəqliyyatı ilə 1493,0 min ton yük daşınmış və 2023-cü ilə nisbətən 5,9 faiz artmışdır.

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ildə faktiki qiymətlərlə 1 milyon 218,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 843,0 min manatı və ya 69,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 48,0 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 72,5 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilə nisbətən 56,0 faiz azalmışdır.

Pərakəndə ticarət. 2024-cü ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 310 milyon 670,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 51 milyon 830,0 min manatlıq iaşə və digər ödənişli xidmətlər göstərilmişdir. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 3,2 faiz artmışdır. Ticarət şəbəkələrində 177 milyon 451,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133 milyon 218,5 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü illə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,5 faiz artmışdır.

İstehlak qiymətləri indeksləri. 2024-cü ilin dekabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 2,0 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,4 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,2 faiz bahalaşma müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-dekabr aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 3,4 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 3,3 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,0 faiz bahalaşma müşahidə olunmuşdur.

Əməkhaqqı. 2024-cü ildə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 731,7 manat, dövlət sektorunda 690,2 manat, qeyri-dövlət sektorunda 798,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1689,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 920,7 manat, maliyyə və sığorta sahəsində 1720,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1021,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,1 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2024-cü ildə rayon əhalisinin sayı 261 nəfər artaraq 2025-ci il yanvar ayının 1-i tarixinə 96 min 467 nəfər təşkil etmişdir. 

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 

 

2024-cü il,

faktiki

qiymətlərlə 

 

2024-cü il

 2023-cü  ilə

nisbətən,

faizlə

Məlumat üçün

2023-cü il

2022-ci ilə

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

499499,1

108,0

101,8

Sənaye məhsulunun ümumi həcmi*), min manat

211289,8

115,4

94,0

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat  o cümlədən tikinti-quraşdırma işlərinə

15685,1

 

14932,6

22,1

 

21,2

98,0

 

94,2

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

158505,6

99,8

104,4

Nəqliyyat sektorunda yük daşınması *), min ton                 

1493,0

105,9

110,1

Nəqliyyat sektorunda sərnişin daşınması *), min sərnişin

15635,0

107,6

121,9

İnformasiya və rabitə xidmətləri,  min manat

1218,2

52,0

110,4

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

310670,0

103,6

102,4

Əhaliyə göstərilən ödənişli xidmətlər *), min manat

47200,0

103,2

132,7

Orta aylıq nominal əməkhaqqı, manat

731,7

112,1

116,1

Əhalinin sayı, 01.01.2025 vəziyyətinə, nəfər

96467

100,3

100,5

Qeyd: *)  fiziki şəxslər nəzərə alınmaqla.

                                                     Ümumi məhsul buraxılışı 

2024-cü ildə 499 milyon 499,1 min manat həcmində və ya 2023-cü ilə nisbətən 8,0 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 5184,9 manat təşkil etmişdir. 2024-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 211 milyon 289,8 min manat (42,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 158 milyon 505,6 min manat (31,7 faiz), tikinti sahəsində 17 milyon 201,1 min manat (3,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 11 milyon 870,0 min manat (2,4 faiz), informasiya və rabitə sahəsində 1 milyon 218,2 min manat (0,2 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 99 milyon 414,4 min manat (20,0 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 3,6 faiz, tikinti sahəsində 49,8 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, informasiya və rabitə xidmətləri sahəsində 48,0 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.

                                                                           

2024-cü il

faktiki

qiymətlərlə,

min manat

2023-cü il

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2024-cü il 

2023-cü ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

211289,8

191653,5

95,5

221168,1

115,4

42,3

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

158505,6

152272,2

104,3

152041,5

99,8

31,7

Tikinti

17201,1

11484,7

100,0

17201,1

149,8

3,4

Nəqliyyat və anbar təsərrüfatı 

11870,0

11981,7

98,8

12014,2

100,3

2,4

İnformasiya və rabitə

1218,2

2334,2

100,4

1213,8

52,0

0,2

Ticarət, nəqliyyat vasitələrinin təmiri

99414,4

94633,4

101,4

98040,2

103,6

20,0

Yekun:

499499,1

464359,7

99,6

501678,9

108,0

100,0

   Qrafik 1

2024-cü ildə ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2024-cü ildə ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə


                           Sənaye

2024-cü ildə sənaye müəssisələri tərəfindən 211 milyon 289,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2023-cü illə müqayisədə 15,4 faiz çox olmuşdur. Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,7 faizi mədənçıxarma, 70,0 faizi emal, 13,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında  istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz azalaraq 181 milyon 126,8 min manat və ya sənaye məhsulunun 85,7 faizini təşkil etmişdir.

Qrafik 3

2024-cü ildə məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 216 milyon 782,5 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 8 milyon 329,6 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 3,9 faizini təşkil etmişdir. 

Cədvəl 3 

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2024-cü ildə

istehsal

edilmişdir,

min manatla

2023-cü ilə

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

211289,8

115,4

100,0

 

o cümlədən: dövlət sektoru

30163,0

107,6

14,3

 

 qeyri-dövlət sektoru

181126,8

98,1

85,7

 

Mədənçıxarma sənayesi

33097,4

167,3

15,7

 

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

33097,4

167,3

15,7

 

Emal sənayesi

147953,2

105,6

70,0

o cümlədən: qida məhsullarının istehsalı 

5821,6

106,8

2,8

içki istehsalı

280,4

18,4

0,1

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

129,6

156,5

0,1

poliqrafiya məhsullarının istehsalı

518,2

72,3

0,2

rezin və plastik kütlə məmulatlarının istehsalı

201,3

x

0,1

tikinti materiallarının istehsalı

130788,5

108,0

61,9

mebellərin istehsalı

10142,0

94,2

4,8

sair sənaye məhsullarının istehsalı 

6,1

39,1

0,0

maşın və avadanlıqların quraşdırılması və təmiri

65,5

65,3

0,0

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

28553,3

102,6

13,5

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

1685,9

114,5

0,8

o cümlədən:  suyun yığılması, təmizlənməsi və paylanması 

992,6

108,4

0,5

digər tullantıların yığılması və məhv edilməsi

693,3

122,9

0,3

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ildə 147 milyon 953,2 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul   istehsalının ümumi həcmində 70,0 faiz təşkil etmiş və 2023-cü ilə nisbətən 5,6 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (88,4 faiz), qida məhsullarının istehsalı (3,9 faiz), mebellərin istehsalı (6,9 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı 5 milyon 821,6 min manat olmuşdur. 

İçki istehsalının real həcmi 280,4 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ildə 28 milyon 553,3 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş, 2023-cü illə müqayisədə 2,6 faiz artmış və rayon əhalisinə və digər istehlakçılara 94093,8 MVts elektrik enerjisi, 151,12 milyon kub metr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilə nisbətən 14,5 faiz artaraq və 1 milyon 685,9 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1228,2 min kubmetr təbii su verilmişdir. 

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və ölçü vahidi

2024-cü ildə istehsal

edilmişdir 

2023-cü

ilə

nisbətən,

faizlə

01.01.2025-ci il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

250044,5

202,3

138125,0

əhəngdaşı  tozu, ton

16341,2

78,4

...

inşaat  üçün əhəng     daşı, ton

28854,9

87,6

...

kvarsit, ton 

262454,0

x

...

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

328,5

126,1

...

çörək, ton

1215,3

118,7

...

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

39,67

57,4

...

Sement istehsalı

Portland sement, min ton

761,59

108,1

3,67

Mebellərin istehsalı

yataq, yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

6822

96,8

...

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

94093,8

95,4

...

qazın bölüşdürülməsi, milyon kubmetr

151,12

104,1

...

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

4282,0

88,7

...

təbii suyun yığılması və bölüşdürülməsi,

min kubmetr

1228,2

 

112,7

...

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla 

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2024-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 685,1 min manat və ya 2023-cü illə müqayisədə 77,9 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyon 932,6 min manatı və ya 95,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 61,2 faizini dövlət, 38,8 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. 

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2024-cü il,

min manatla

2023-cü ilə

 nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

15685,1

22,1

100,0

o cümlədən: dövlət sektoru

9603,4

15,7

61,2

qeyri-dövlət sektoru

6081,7

61,5

38,8

Qrafik 4

2024-cü ildə əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə


Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2024-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 17 milyon 201,1 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 16 milyon 013,6 min manatını, yaxud 93,1 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri təşkil etmişdir. Tikinti işlərinin 6,9 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.  

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2024-cü ildə) 

Cədvəl 6

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2023-cü ilə

 nisbətən, faizlə

 Cəmi

17201,1

100,0

149,8

o cümlədən: Hüquqi şəxslər 

16013,6

93,1

139,7

o cümlədən: tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə

 

12683,5

73,7

115,3

cari təmir

2330,1

13,6

x

əsaslı təmir

1000,0

5,8

21,0 d

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

1187,5

6,9

6,9 d

Kənd təsərrüfatı

2024-cü ildə kənd təsərrüfatı üzrə ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 158 milyon 505,6 min manat təşkil etmiş və 2023-cü illə müqayisədə 0,2 faiz azalmışdır. 

Bitkiçilik. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur. 

Cədvəl 7

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2024-cü il

2023-cü il

2024-cü il

2023-cü ilə

nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18533,0

18967,0

97,7

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11921,0

12337,0

96,6

o cümlədən: buğda

4507,0

5243,0

86,0

arpa

6938,0

6611,0

104,9

vələmir

80,0

80,0

100,0

sorqo

32,0

36,0

88,9

paxlalılar

14,0

17,0

82,4

qarğıdalı

350,0

350,0

100,0

günəbaxan

40,0

50,0

80,0

tərəvəz

791,0

780,0

101,4

bostan bitkiləri

45,0

43,0

104,7

kartof

1320,0

1300,0

101,5

yem bitkiləri

4416,0

4457,0

99,1

Cədvəl 8

2024-cü ildə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli və dənli paxlalıların, cəmi 

11921,0

37936,8

31,8

o cümlədən: buğda

4507,0

14891,7

33,0

arpa

6938,0

20784,5

30,0

vələmir

80,0

224,0

28,0

qarğıdalı

350,0

1940,0

55,4

sorqo

32,0

67,2

21,0

paxlalılar

14,0

29,4

21,0

Günəbaxan dəni

40,0

92,0

23,0

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

2156,0

65567,7

304,0

o cümlədən:    yaşıl lobya

181,0

398,2

22,0

kələm

55,0

1430,0

259,3

qarpız

40,0

1125,0

281,2

yemiş

5,0

125,0

250,0

bibər

55,0

1375,0

250,0

xiyar

121,0

4445,0

260,0

badımcan

35,0

997,5

285,0

pomidor

215,0

7520,0

255,0

baş sarımsaq

15,0

212,0

141,3

baş soğan

30,0

900,0

300,0

kartof

1320,0

46200,0

350,0

sair tərəvəzlər

84,0

840,0

100,0

Yem bitkiləri, cəmi

4416,0

14156,8

32,0

Meyvələr, cəmi

1527,3

16664,6

109,1

Giləmeyvələr, cəmi

43,1

855,0

198,4

Üzüm, cəmi

280,7

3817,5

136,0

Heyvandarlıq. 2024-cü ildə heyvandarlıq bölməsində diri çəkidə 5630,2 ton ət, 31724,3 ton süd, 12705,0 min ədəd yumurta və 237,6 ton yun   istehsal edilmişdir. 2023-cü ilə nisbətən ət istehsalı 4,0 ton, süd istehsalı 0,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, ton

       

2024-cü il

2023-cü il

2024-cü il 2023-cü ilə nisbətən

%

+, -

Ət (diri çəkidə)

5630,2

5626,2

100,1

+4,0

Süd

31724,3

31724,0

100,0

+0,3

Yumurta, min ədəd

12705,0

12700,0

100,0

+5,0

Yun

237,6

237,6

100,0

+

2025-ci il yanvar ayının 1-i tarixinə 29014 baş iribuynuzlu mal-qara (ondan 15843 baş inək və camış), 123122 baş qoyun və keçi mövcud olmuşdur. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 481 baş (1,6 faiz), inək və camışların sayı 211 baş (1,3 faiz), qoyun və keçilərin sayı 3227 baş (2,6 faiz) azalmışdır.

Cədvəl 10

      Mal-qaranın sayı, 01.01.2025-ci il tarixinə, baş

       

2024-cü il

2023-cü il

2024-cü il

2023-cü ilə nisbətən

%

+, -

İribuynuzlu mal-qara  

29014

29495

98,4

-481

ondan: inək və camışlar

15843

16054

98,7

-211

Qoyun və keçilər

123122

126349

97,4

-3227

Nəqliyyat

2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15635,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilə nisbətən 7,6 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2024-cü il

2023-cü il

2024-cü il 2023-cü ilə

nisbətən, faizlə

 Cəmi

15635,0

14533,0

107,6

2024-cü ildə avtomobil nəqliyyatı ilə 1493,0 min ton yük daşınmış və 2023-cü ilə  nisbətən 5,9 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2024-cü il

2023-cü il

2024-cü il  

2023-cü ilə 

nisbətən,  

faizlə

 Cəmi

1493,0

1410,0

105,9

2024-cü ildə nəqliyyat müəssisələri tərəfindən 11 milyon 870,0 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilə nisbətən 0,3 faiz artmışdır. Göstərilmiş xidmətin 324,1 min manatı (2,7 faizi) dövlət sektorunun, 11 milyon 545,9 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13

 

2024-cü  il

2023-cü  il

2024-cü il  

2023-cü ilə 

 nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

11870,0

11981,7

100,3

o cümlədən: dövlət sektoru

324,1

987,6

33,2

qeyri-dövlət sektoru

11545,9

10994,1

106,3

İnformasiya və rabitə

İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ildə 2023-cü illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 48,0 faiz azalaraq  1 milyon 218,2 min manat təşkil etmişdir ki, bunun da 843,0 min manatı (69,2 faizi) əhali tərəfindən isteklak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 58,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 72,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,5 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2024-cü il

2023-cü il

2024-cü il 

2023-cü ilə 

nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

1218,2

 

2334,1

 

52,0

o cümlədən: dövlət sektoru

883,7

2001,5

44,0

qeyri-dövlət sektoru

334,5

332,6

100,3

İstehlak bazarı

2024-cü ildə istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 362 milyon 500,0 min manat olmaqla 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2024-cü il,

min manatla

2024-cü il

2023-cü ilə

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

362500,0

103,6

o cümlədən:  dövlət mülkiyyəti üzrə

10693,2

83,2

qeyri-dövlət mülkiyyəti üzrə

351806,8

104,4

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

276064,1

 

111,9

Əmtəə bazarı

2024-cü ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 310 milyon 670,0 min manatlıq məhsul satılmış və onun 177 milyon 451,5 min manatını (57,1 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133 milyon 218,5 min manatını (42,9 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,6 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2024-cü il,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2024-cü il 

2023-cü ilə 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

310670,0

100,0

103,6

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

177451,5

57,1

101,5

qeyri-ərzaq malları

133218,5

42,9

106,5

2024-cü ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 268,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 153,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 115,2 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,8 faizini hüquqi şəxslər, 21,2 faizini fərdi sahibkarlar tərəfindən, 55,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2024-cü il,

min manatla

2024-cü il 

2023-cü ilə 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

310670,0

103,6

o cümlədən: müəssisələr üzrə

74061,7

115,5

fərdi sahibkarlar üzrə

65958,6

132,8

bazar və yarmarkalar üzrə

170649,7

91,7

Qrafik 5

2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2024-cü il

Yanvar-dekabr

103,6

101,5

106,5

2023-cü il

Yanvar- dekabr

102,4

102,0

102,9

01.01.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 16 milyon 379,3 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə 10,0 faiz artaraq 4 milyon 630,0 min manat olmuşdur.

Cədvəl 19

 

2024-cü il,

min manatla

2024-il

2023-cü ilə

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

4630,0

110,0

o cümlədən: hüquqi şəxslər     üzrə

-

-

fiziki şəxslər üzrə

4630,0

110,0

Əhaliyə göstərilən ödənişli xidmətlər

2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilə nisbətən real ifadədə 3,2 faiz artaraq 47 milyon 200,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 12 milyon 374,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 26,2 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2024-cü il,

min manatla

2024-cü il

2023-cü  ilə

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

47200,0

103,2

o cümlədən: dövlət sektoru

10693,2

82,3

qeyri-dövlət sektoru 

36506,8

111,6

ondan: fiziki şəxslər 

34825,7

352,5

2024-cü ildə əhalinin hər bir nəfəri orta hesabla 490,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri

 

Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2023-cü il

Yanvar-dekabr

132,7

245,5

49,8

2024-cü il 

Yanvar-dekabr

103,2

34,5

352,5

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 80,8 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2024-cü il,

min manatla

2024-cü il

2023-cü ilə  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

11865,9

36,7

100,0

o cümlədən: digər sahələrin iri və orta müəssisələri

9596,5

99,1

80,8

o cümlədən: sənaye

9596,5

99,1

80,8

əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr) 

2269,4

10,0

19,2

Qrafik 6

  2024-cü ildə iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə


Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən  103,4 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,3 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,2 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,0 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli  xidmətlərin qiymət  indeksləri, faizlə

 

Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilə 

nisbətən,

 faizlə

2024-cü il

Oktyabr

99,9

102,5

99,9

102,4

Noyabr

101,8

102,9

101,8

102,9

Dekabr

102,0

103,4

101,4

103,3

..ardı

 

Qeyri-qida məhsulları 

 Ödənişli     xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilə 

nisbətən,

 faizlə

2024-cü il

Oktyabr

100,1

101,2

99,9

103,6

Noyabr

101,2

101,3

102,3

104,2

Dekabr

101,4

101,6

103,2

105,0

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ildə 11057 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6836 nəfər (61,8 faiz), qeyri-dövlət sektorunda isə 4221 nəfər (38,2 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,3 faizi sənaye (o cümlədən 2,9 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,5 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,2 faizi xidmət sahələrində, o cümlədən 27,5 faizi təhsil, 21,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2024-cü ildə hüquqi şəxslər üzrə 150 yeni iş yeri açılmış və 1027 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 125-i mövcud müəssisə və təşkilatlarda, 25-i yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır. 

Cədvəl 24

2023 və 2024-cü ildə yeni açılmış iş yerlərinin xarakteristikası

 

2023-cü il

 

2024-cü il

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

81

150

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

15

25

16,7

mövcud  müəssisə və təşkilatlarda

66

125

83,3

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1144

1027

100,0

Əməkhaqqı

2024-cü ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 731,7 manat, həmçinin dövlət sektorunda 690,2 manat, qeyri-dövlət sektorunda 798,9 manat təşkil etmiş, 2023-cü ilə nisbətən rayon üzrə 12,1 faiz, o cümlədən dövlət sektoru üzrə 5,6 faiz, qeyri-dövlət sektoru üzrə isə 22,0 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1689,6 manat, mədənçıxarma sənayesində 1036,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 920,7 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 876,8 manat, maliyyə və sığorta sahəsində 1720,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1021,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,1 manat təşkil etmişdir.

Cədvəl 25

2024-cü ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

2024-cü il 

 

2023-cü ilə 

 nisbətən, 

faizlə

Orta rayon göstəricisinə

nisbətən,

faizlə

 

 

Cəmi

11057

731,7

112,1

100,0

 

ondan: dövlət mülkiyyəti

6836

690,2

106,0

94,3

 

qeyri-dövlət mülkiyyəti

4221

798,9

122,0

109,2

A

o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

442

501,2

95,7

68,5

B

Mədənçıxarma sənayesi

320

1036,7

108,1

141,7

C

Emal sənayesi*)

843

1689,6

151,4

230,9

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

244

920,7

108,1

125,8

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

182

643,6

128,2

88,0

F

Tikinti

277

467,1

81,9

63,8

G

Ticarət; nəqliyyat vasitələrinin  təmiri*) 

2372

491,3

106,2

67,1

H

Nəqliyyat və anbar təsərrüfatı

236

876,8

100,9

119,8

İ

Turistlərin yerləşdirilməsi və 

ictimai iaşə  

23

420,7

92,0

 

57,5

J

İnformasiya və rabitə

121

684,8

126,0

93,6

K

Maliyyə və sığorta fəaliyyəti

131

1720,0

121,1

235,1

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

41

416,3

102,6

56,9

M

Peşə, elmi və texniki fəaliyyət

31

580,1

111,8

79,3

...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

226

514,4

108,8

70,3

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

620

1021,1

105,9

139,6

P

Təhsil

3046

619,4

105,0

84,7

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1277

761,1

107,6

104,0

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

592

476,5

100,5

65,1

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

33

793,7

110,1

108,5









*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2024-cü və 2023-cü illərdə rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla

 

Demoqrafik vəziyyət

Əhalinin sayı 2024-cü ildə 261 nəfər artaraq 01.01.2025-ci il tarixinə 96 min 467 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- dekabr ayları) 

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü il

 

2023-cü il

 

  artım(+)

azalma(-)

2024-cü il

 

2023-cü il

 

2024-cü il 2023-cü ilə nisbətən,

faizlə

Ümumi artım

261

433

-172

2,7

4,5

60,0

Təbii artım

297

421

-124

3,1

4,4

70,5

Doğulanlar

994

1140

-146

10,3

11,9

86,6

Ölənlər

697

719

-22

7,2

7,5

96,0

Nikahlar

524

559

-35

5,4

5,8

93,1

Boşanmalar

199

163

+36

2,1

1,7

123,5

Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2024-cü ildə rayonda 994 nəfər doğulan körpə qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,9-dan 10,3-ə düşmüşdür. Keçən il rayonda 697 ölüm halı qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,5-dən 7,2-yə düşmüşdür. 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 524 nikah, 199 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 5.4-ə düşmüş, boşanmaların sayı isə 1,7-dən 2,1-ə qədər artmışdır.

Qrafik 8

2024-cü və 2023-cü illərdə demoqrafik göstəricilər, nəfərlə


Cədvəl 27

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/s

Göstəricilərin adı

 

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü il

2023-cü il 

2024-cü il

2023-cü il

1

Miqrasiya saldosu

+35

+12

0,4

0,4

2024-cü ildə daimi yaşamaq üçün rayona 35 nəfər gələn qeydə alınmış, rayondan isə gedən olmamış və miqrasiya saldosu müsbət 35 nəfər təşkil etmişdir.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş