Əsas Səhifə > Kənd təsərrüfatı > 2024-cü ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2024-cü ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri5-03-2025, 20:50 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü ildə Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 499 milyon 499,1 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən 8,0 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü illə müqayisədə sənaye sahəsində 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,6 faiz, tikinti sahəsində 49,8 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, informasiya və rabitə sahəsində 48,0 faiz azalmışdır. 2024-cü ildə məhsul və xidmətlərin 93,7 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 5184,9 manat təşkil etmişdir. Sənaye. 2024-cü ildə faktiki qiymətlərlə 211 milyon 289,8 min manatlıq və ya 2023-cü ilə nisbətən 15,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,7 faiz, emal sektoru 70,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,7 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 1,9 faiz azalmışdır. 2024-cü ildə mədənçıxarma sektorunda 33 milyon 097,4 min manatlıq, emal sektorunda 147 milyon 953,2 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilə nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 67,3 faiz, emal sektorunda 5,6 faiz artmışdır. Emal sektorunda 2023-cü ilə nisbətən tikinti materiallarının istehsalı 8,0 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 28 milyon 553,3 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 94093,8 MVt.s elektrik enerjisi, 151,12 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 14,5 faiz artmış, əhaliyə və digər istehlakçılara 1228,2 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ildə heyvandarlıq sahəsində 5630,2 ton ət (diri çəkidə), 31724,3 ton süd, 12705,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilə nisbətən ət istehsalı 4,0 ton, süd istehsalı 0,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. 2025-ci ilin yanvar ayının 1-nə 29014 baş iribuynuzlu mal-qara (ondan 15843 baş inək və camış), 123122 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 481 baş (1,6 faiz), qoyun və keçilərin sayı 3227 baş (2,6 faiz) azalmışdır. Tikinti. 2024-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 685,1 min manatlıq, yaxud 2023-cü illə müqayisədə 77,9 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyon 932,6 min manatı və ya 95,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat. 2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15635,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilə nisbətən 7,6 faiz artım müşahidə olunmuşdur. 2024-cü ildə avtomobil nəqliyyatı ilə 1493,0 min ton yük daşınmış və 2023-cü ilə nisbətən 5,9 faiz artmışdır. İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ildə faktiki qiymətlərlə 1 milyon 218,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 843,0 min manatı və ya 69,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 48,0 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 72,5 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilə nisbətən 56,0 faiz azalmışdır. Pərakəndə ticarət. 2024-cü ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 310 milyon 670,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 51 milyon 830,0 min manatlıq iaşə və digər ödənişli xidmətlər göstərilmişdir. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 3,2 faiz artmışdır. Ticarət şəbəkələrində 177 milyon 451,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133 milyon 218,5 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü illə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,5 faiz artmışdır. İstehlak qiymətləri indeksləri. 2024-cü ilin dekabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 2,0 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,4 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,2 faiz bahalaşma müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-dekabr aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 3,4 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 3,3 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,0 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı. 2024-cü ildə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 731,7 manat, dövlət sektorunda 690,2 manat, qeyri-dövlət sektorunda 798,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1689,6 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 920,7 manat, maliyyə və sığorta sahəsində 1720,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1021,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,1 manat təşkil etmişdir. Demoqrafik vəziyyət. 2024-cü ildə rayon əhalisinin sayı 261 nəfər artaraq 2025-ci il yanvar ayının 1-i tarixinə 96 min 467 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla. Ümumi məhsul buraxılışı 2024-cü ildə 499 milyon 499,1 min manat həcmində və ya 2023-cü ilə nisbətən 8,0 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 5184,9 manat təşkil etmişdir. 2024-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 211 milyon 289,8 min manat (42,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 158 milyon 505,6 min manat (31,7 faiz), tikinti sahəsində 17 milyon 201,1 min manat (3,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 11 milyon 870,0 min manat (2,4 faiz), informasiya və rabitə sahəsində 1 milyon 218,2 min manat (0,2 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 99 milyon 414,4 min manat (20,0 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 3,6 faiz, tikinti sahəsində 49,8 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, informasiya və rabitə xidmətləri sahəsində 48,0 faiz azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.
Qrafik 1 2024-cü ildə ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2024-cü ildə ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə Sənaye 2024-cü ildə sənaye müəssisələri tərəfindən 211 milyon 289,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2023-cü illə müqayisədə 15,4 faiz çox olmuşdur. Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,7 faizi mədənçıxarma, 70,0 faizi emal, 13,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz azalaraq 181 milyon 126,8 min manat və ya sənaye məhsulunun 85,7 faizini təşkil etmişdir. Qrafik 3 2024-cü ildə məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 216 milyon 782,5 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 8 milyon 329,6 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 3,9 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ildə 147 milyon 953,2 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 70,0 faiz təşkil etmiş və 2023-cü ilə nisbətən 5,6 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (88,4 faiz), qida məhsullarının istehsalı (3,9 faiz), mebellərin istehsalı (6,9 faiz) təşkil edir. Qida məhsullarının istehsalı 5 milyon 821,6 min manat olmuşdur. İçki istehsalının real həcmi 280,4 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ildə 28 milyon 553,3 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş, 2023-cü illə müqayisədə 2,6 faiz artmış və rayon əhalisinə və digər istehlakçılara 94093,8 MVts elektrik enerjisi, 151,12 milyon kub metr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilə nisbətən 14,5 faiz artaraq və 1 milyon 685,9 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1228,2 min kubmetr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2024-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 685,1 min manat və ya 2023-cü illə müqayisədə 77,9 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyon 932,6 min manatı və ya 95,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 61,2 faizini dövlət, 38,8 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
Qrafik 4 2024-cü ildə əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2024-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 17 milyon 201,1 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 16 milyon 013,6 min manatını, yaxud 93,1 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri təşkil etmişdir. Tikinti işlərinin 6,9 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2024-cü ildə) Cədvəl 6
Kənd təsərrüfatı 2024-cü ildə kənd təsərrüfatı üzrə ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 158 milyon 505,6 min manat təşkil etmiş və 2023-cü illə müqayisədə 0,2 faiz azalmışdır. Bitkiçilik. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur. Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Cədvəl 8 2024-cü ildə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq
Heyvandarlıq. 2024-cü ildə heyvandarlıq bölməsində diri çəkidə 5630,2 ton ət, 31724,3 ton süd, 12705,0 min ədəd yumurta və 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilə nisbətən ət istehsalı 4,0 ton, süd istehsalı 0,3 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, ton
2025-ci il yanvar ayının 1-i tarixinə 29014 baş iribuynuzlu mal-qara (ondan 15843 baş inək və camış), 123122 baş qoyun və keçi mövcud olmuşdur. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 481 baş (1,6 faiz), inək və camışların sayı 211 baş (1,3 faiz), qoyun və keçilərin sayı 3227 baş (2,6 faiz) azalmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.01.2025-ci il tarixinə, baş
Nəqliyyat 2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15635,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilə nisbətən 7,6 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2024-cü ildə avtomobil nəqliyyatı ilə 1493,0 min ton yük daşınmış və 2023-cü ilə nisbətən 5,9 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2024-cü ildə nəqliyyat müəssisələri tərəfindən 11 milyon 870,0 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilə nisbətən 0,3 faiz artmışdır. Göstərilmiş xidmətin 324,1 min manatı (2,7 faizi) dövlət sektorunun, 11 milyon 545,9 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13
İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ildə 2023-cü illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 48,0 faiz azalaraq 1 milyon 218,2 min manat təşkil etmişdir ki, bunun da 843,0 min manatı (69,2 faizi) əhali tərəfindən isteklak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 58,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 72,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,5 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
İstehlak bazarı 2024-cü ildə istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 362 milyon 500,0 min manat olmaqla 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2024-cü ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 310 milyon 670,0 min manatlıq məhsul satılmış və onun 177 milyon 451,5 min manatını (57,1 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133 milyon 218,5 min manatını (42,9 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,6 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2024-cü ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 268,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 153,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 115,2 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,8 faizini hüquqi şəxslər, 21,2 faizini fərdi sahibkarlar tərəfindən, 55,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 5 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
01.01.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 16 milyon 379,3 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə 10,0 faiz artaraq 4 milyon 630,0 min manat olmuşdur. Cədvəl 19
Əhaliyə göstərilən ödənişli xidmətlər 2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilə nisbətən real ifadədə 3,2 faiz artaraq 47 milyon 200,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 12 milyon 374,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 26,2 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi
2024-cü ildə əhalinin hər bir nəfəri orta hesabla 490,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 80,8 faiz təşkil etmişdir. Cədvəl 22 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 6 2024-cü ildə iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə Qiymət indeksləri İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,4 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,3 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,2 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,0 faiz təşkil etmişdir. Cədvəl 23 İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə
..ardı
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ildə 11057 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6836 nəfər (61,8 faiz), qeyri-dövlət sektorunda isə 4221 nəfər (38,2 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,3 faizi sənaye (o cümlədən 2,9 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,5 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,2 faizi xidmət sahələrində, o cümlədən 27,5 faizi təhsil, 21,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2024-cü ildə hüquqi şəxslər üzrə 150 yeni iş yeri açılmış və 1027 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 125-i mövcud müəssisə və təşkilatlarda, 25-i yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2023 və 2024-cü ildə yeni açılmış iş yerlərinin xarakteristikası
Əməkhaqqı 2024-cü ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 731,7 manat, həmçinin dövlət sektorunda 690,2 manat, qeyri-dövlət sektorunda 798,9 manat təşkil etmiş, 2023-cü ilə nisbətən rayon üzrə 12,1 faiz, o cümlədən dövlət sektoru üzrə 5,6 faiz, qeyri-dövlət sektoru üzrə isə 22,0 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1689,6 manat, mədənçıxarma sənayesində 1036,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 920,7 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 876,8 manat, maliyyə və sığorta sahəsində 1720,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1021,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,1 manat təşkil etmişdir. Cədvəl 25 2024-cü ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 7 2024-cü və 2023-cü illərdə rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla
Demoqrafik vəziyyət Əhalinin sayı 2024-cü ildə 261 nəfər artaraq 01.01.2025-ci il tarixinə 96 min 467 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- dekabr ayları)
Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2024-cü ildə rayonda 994 nəfər doğulan körpə qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,9-dan 10,3-ə düşmüşdür. Keçən il rayonda 697 ölüm halı qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,5-dən 7,2-yə düşmüşdür. 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 524 nikah, 199 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 5.4-ə düşmüş, boşanmaların sayı isə 1,7-dən 2,1-ə qədər artmışdır. Qrafik 8 2024-cü və 2023-cü illərdə demoqrafik göstəricilər, nəfərlə Cədvəl 27 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2024-cü ildə daimi yaşamaq üçün rayona 35 nəfər gələn qeydə alınmış, rayondan isə gedən olmamış və miqrasiya saldosu müsbət 35 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |