• Təqvim

  • Unutma

  • Maraq



Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib

Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Ölkə Prezidenti İlham Əliyevin dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı Sərəncama uyğun olaraq 2017/2018-ci tədris ilinin əvvəlindən başlayaraq rayonun təhsil müəssisələrində müxtəlif mövzularda maarifləndirici silsilə tədbirlər davam edir. Novbəti belə bir tədbir rayonun Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində keçirilib.

RİHB-nin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iş planına uyğun olaraq “Vətənə sevgi imandandır” və “Aprel Zəfəri” mövzularında keçirilən tədbirlərdə Daş Salahlı kənd 1 və 2 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri və müəllimlər iştirak edib.

Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, dini radikalizm İslam dininin təbliğ etdiyi dəyərlərin tamamilə ziddinədir. Radikal müxalifətin insanları, xüsusilə gəncləri və yeniyetmələri hədəf seçmələri məqsədyönlü bir işdir. Nəinki dövlət orqanları və din xadimlərinin, o cümlədən cəmiyyətin hər bir üzvünün dini radikalizmə qarşı mübarizə aparması vacib bir məsələdir.

Aprel döyüşləri və şəhidlərimiz haqqında danışan M.Orucov bildirib ki, torpaqlarımızın ərazi bütövlüyünün qorunub saxlanılması, düşmənin dinc əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin, polkovnik-leytenant Raquf Orucovun, Qazax torpağının övladları olan kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin keçdikləri qəhrəmanlıqlarla dolu şərəfli həyat yolu vətənin bütün oğulları üçün bir nümunədir.

Qazax rayonunda da hər il Aprel şəhidlərinin doğum və dünyasını dəyişdiyi günlər hörmətlə yad edilir, yas mərasimləri keçirilir. Onların hər birinin xatirəsinə Qazax şəhərinin mərkəzində xatirə bulaq kompleksləri tikilmişdir. Bu il kapitan Mühüd Orucovun xatirəsinə dünyasını dəyişdiyi gün ərəfəsində doğulduğu Fərəhli kəndinin giriş hissəsində, təmiz, saf dağ suyunun üzərində yeni bir bulaq kompleksi tikilmiş və ətrafında abadlıq işləri aparılmışdır. Həmçinin həmin ərəfədə Qazax RİH Başçısının təşəbbüsü və yazdığı ön söz ilə “Aprel döyüşləri” kitabı nəşr olunmuşdur. Bu kitabın nəşri bütün rayon sakinlərinin, əsgər və zabitlərin, gənclərin və bütün şəhid ailələrinin marağına səbəb olmuş və onlarda vətən torpağına olan məhəbbət hissini daha da artırmışdır. Onlar bu kitaba görə İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Cümə məscidinin imamı Zaur Budaqov, Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ulduz Mancanov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda hər iki məktəbə “Aprel şəhidləri” kitabı hədiyyə edilib və “Şəhadət” filmi nümayiş olunub.

Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş