Sərhəd kəndi Qaymaqlıda yeni məktəb binası inşa olunur
Cənab Prezident İlham
Əliyevin ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğısı, bu qayğı sayəsində
həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da öz real
əksini tapır. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınması
bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Dövlət
Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də sərhəddə yerləşən
şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta
məktəbdir ki, Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180
şagird yerlik yeni bina inşa olunur. Məktəbin fiziki tərbiyə
müəllimi Nəbi Süleymanov, valideynlərdən Bəxtiyar Süleymanov, İslam Mahmudov
düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndində yeni məktəb binasının tikilməsini
razılıq hissi ilə qarşılayırlar. Məktəbin kollektivi və valideynlər təhsil
sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova
minnətdarlıqlarını bildirirlər. Yanvar
ayından tikintisinə başlanılan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə
təhsil almaları üçün hər cür şərait yaradılacaq. Zirzəmisi olmaq şərti ilə inşa
olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə
həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə
üçün su anbarı, su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa
ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün
isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7,
üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də
fəaliyyət göstərəcək. Zirzəminin
və birinci mərtəbənin tikintisi başa çatıb. Hazırda ikinci mərtəbənin hörgüsü
və suvaq işləri davam etdirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş