HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib

HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib
Fəaliyyətə başladığı ilk gündən HGC GROUP MMC məhsul istehsalını və çeşidini artırmaqla yanaşı, fəaliyyət göstərdiyi bölgədə xeyirxahlıq tədbirləri də həyata keçirir. Bayram günlərində zavodun kollektivi Daş Salahlı kəndində, eləcə də zavodda çalışan şəhid ailələrinə baş çəkir, onlara bayram sovqatları verir.

Xeyirxahlıq ənənəsinə sadiq qalan HGC GROUP MMC-nin bir qrup üzvü bu günlərdə Çaylı kənd 1 saylı tam orta məktəbdə olub. Onlar şagirdlərlə görüşüb, məktəblilərin arzu və istəklərini dinləyiblər.
HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib
Sonra şagirdlərə məktəbli üst geyimi hədiyyə olunub. İbtidai sinifdə - I, II, III və IV siniflərdə oxuyan 120 şagirdə məktəbli üst geyimi paylanılıb.HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib
Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Sərdar Orucov, zavodun direktoru Orxan Xasməmmədli və zavodun administrasiya bölməsinin rəisi Vüsal Əliyev iştirak və çıxış edib.

Məktəbin direktoru Çəməngül İsmayılova çıxış edərək bu xeyirxahlığa görə zavod rəhbərliyinə müəllim və şagirdlər adından öz minnətdarlığını bildirib.

HGC GROUP MMC tərəfindən şagirdlərə məktəbli üst geyimi verilib
GOYEZEN.AZ


Facebook-da paylaş