Çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunur
Rayonda abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.
Hazırda 17 ədəd çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb və işlər sürətlə davam edir.
N.Nərimanov yaşayış massivində 7 binada dam örtüyü dəyişdirilib, bloklarda əsaslı təmir işləri aparılıb və giriş hissələrində dəmir qapılar quraşdırılıb. 4 binada dam örtüyünün dəyişdirilməsinə, 2 binada isə köhnə suvaq qatının sökülməsinə başlanılıb.
192 ailənin yaşadığı H.Arif küçəsində yerləşən 2,3,4 və 5 saylı çoxmənzilli yaşayış binalarında da təmir işləri sürətlə davam etdirilir. Binaların giriş bloklarında dəmir qapılar quraşdırılıb, bloklarda suvaq və üzlük vurulması işləri başa çatmaq üzrədir.
Facebook-da paylaş