Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir » Göyəzən internet portalı


Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir

Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, yük və sərnişin daşımasının asanlaşdırılmasına hesablanıb.

Bu istiqamətdə son iki il ərzində Qazax rayonunda da məqsədyönlü işlər həyata keçirilib. Belə ki, rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli kəndlərinə yeni asfalt yollar çəkilib, uzun illərdən bəri yaranmış bu problem öz müsbət həllini tapıb. Bu proses bu gün də davam etdirilir.

Qazaxda yenidən qurulan yollardan biri də Cəfərli kəndinin yoludur. Respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan 7 km uzunluğa malik Cəfərli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Yol tikintisinə ilk gündən sürətlə başlanıldığı üçün əsas işlər yekunlaşdırılmış və asfalt salınması üçün hazırlanıbdır. Hal-hazırda yolun asfaltlanması işləri nəzərdə tutulduğu qaydada davam etdirilir. Artıq yeni salınan yolun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt örtük döşənib.

Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb.

Bundan başqa, yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb.

Cəfərli yolu kənd sakinlərinin gediş-gəlişini asanlaşdıracaq, yük və sərnişin daşımasının artmasına şərait yaradacaqdır. Yeni yolun çəkilşi yaxın günlərdə başa çatdırılacaqdır.

Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
Cəfərli avtomobil yolunun çəkilişi yekunlaşmaq üzrədir
GOYEZEN.AZ


Facebook-da paylaş