Qazaxda aqrar sektor sürətlə inkişaf edir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində qazanılan uğurlar bu sahədə aparılan islahatların məntiqi nəticəsi olmaqla yanaşı, həm də iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əldə olunan nailiyyətlərin göstəricisidir. Dövlət başçısının siyasi iradəsi ilə reallaşan bu islahatlar regionların sürətli inkişafını təmin edir, insanların məşğulluğunun təminatı istiqamətində problemləri aradan qaldırır.
İqtisadiyyatın sürətli inkişafı bir sıra sosial layihələrin də həyata keçirilməsini reallaşdırır. Bu layihələrin icrası nəticəsində regionların qaz, işıq, su problemləri birdəfəlik aradan qaldırılmaqla, təkcə rayon mərkəzləri deyil, kənd və qəsəbələrin də siması başdan-başa dəyişir. Bunu Qazax rayonunun timsalında daha aydın görmək olar.
Ölkənin qərb qapısı adlandırılan rayonda son bir neçə ildə aparılan abadlıq və yenidənqurma işləri nəinki yerli sakinləri, qonaqları da heyran edir. Park və xiyabanlar, yeni inşa edilmiş sosial obyektlər, geniş və abad yollar, yaşıllıq zonaları insanda xoş ovqat yaradır.
Hər il olduğu kimi, bu ilin ötən dövrü də Qazax rayonu üçün uğurlu olmuşdur. Prezidentin müvafiq sərəncamına əsasən, Qazax şəhərində çoxmənzilli 24 binada təmir işləri başa çatdırılmış, daxili imkanlar hesabına 18 binada təmir işlərinə başlanılmışdır. Təmir işlərinə 100 nəfərdən artıq işçi qüvvəsi cəlb edilmişdir. Eyni zamanda rayon mərkəzindəki "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarələr kompleksi müasirləşdirilmiş, parkın ərazisinə tamet döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, təzə oturacaqlar qoyulmuş, qazon salınmaqla dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlər "Şəhidlər xiyabanı” küçəsində də görülmüşdür. Şəhidlərin xatirəsinə ucaldılmış abidə isə tamamilə yenilənmişdir. Bunlardan əlavə, görkəmli Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan parkda başlanan yenidənqurma işləri başa çatdırılmışdır. Belə ki, parkda 1922 kvadratmetr sahəyə tamet döşənmiş, 119 paqonmetr uzunluğunda bardürlər düzülmüş, yeni yaşıllıqlar salınmışdır. Yenidənqurma işləri Heydər Əliyev prospektində də həyata keçirilmişdir. İlin ötən dövrü ərzində, həmçinin Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə bulaq kompleksi inşa edilmiş, 6 bulaq təzələnərək istifadəyə verilmişdir. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi inşa edilmişdir.
Rayonun yol infrastrukturunda başlanan işlər də davam etdirilmişdir. Uzunluğu 2,5 kilometr olan Qazax-Hüseynbəyli, uzunluğu 2,65 kilometr olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən avtomobil yollarının tikintisi başa çatdırılmışdır. Bakı-Tbilisi avtomobil yolunu Qazax-Əskipara yolu ilə birləşdirən və Çaylı kəndinin içərisindən keçən 6 kilometrlik avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Hazırda strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən 7 kilometrlik yolun yenidən qurulması istiqamətində işlər davam edir.
Yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kənd yollarına da diqqət artırılmışdır. Qısa vaxt ərzində ümumilikdə 104 kilometr uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmişdir. Hazırda sərhəddə yerləşən Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək üçün Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout ilə Quşçu Ayrım kəndlərini birləşdirən hissəsində alternativ yolun çəkilişi davam edir. Rayonun Ermənistanla sərhəddə yerləşən Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində yeni polis məntəqələri inşa edilərək istifadəyə verilmişdir.
Kəndlərdə sosial infrastruktur layihələri də həyata keçirilir. Bu da əhalinin razılığı ilə qarşılanır. Məsələn, Daş Salahlı kəndinin abadlaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlanılmışdır. Burada Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksində əsaslı təmir işləri başa çatdırılmış, yeni su xəttinin çəkilişinə başlanılmışdır.
Hər il olduğu kimi, bu il də qazaxlılar işgüzarlıq nümayiş etdirərək bol kənd təsərrüfatı məhsulları istehsal etmişlər. 2750,6 hektarda arpa, 8277,7 hektarda buğda olmaqla 11 min 28,6 hektarda taxıl yetişdirən rayon sakinləri 36469 ton taxıl əldə etmişlər ki, bu da hər hektardan 30 sentner məhsul deməkdir. Gələn ilin bol məhsulu üçün əkin sahələrinə çıxan fermerlər indiyədək 12266 hektar sahədə əkilməsi proqnozlaşdırılan payızlıq taxıl sahələrinin 6109 hektarında şum aparmışlar.
Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər əldə edilmişdir. Başqa sözlə, bu il 809 hektarda kartof, 523 hektarda şəkər çuğunduru, 504 hektarda qarğıdalı, 34 hektarda vələmir, 62,5 hektarda günəbaxan, 483,3 hektarda tərəvəz, 52 hektarda paxlalı bitkilər, 50 hektarda tütün, 31,4 hektarda bostan bitkiləri yetişdirilmişdir. Həmçinin bu il 50,5 hektarda yeni fındıq bağı salınmış və bununla rayon üzrə fındıq bağlarının ümumi sahəsi 222,83 hektara çatmışdır. Onun 136 hektarı məhsuldardır. Həmin bağlardan 460 ton məhsul əldə olunmuşdur. Digər sahələrdə də yüksək məhsuldarlığa nail olunmuşdur. Belə ki, 1250 ton üzüm, 20570 ton kartof, 7598 ton pomidor və xiyar, 502 ton bostan məhsulları, 612 ton soğan, 1300 ton kələm əldə edilmişdir. Bunlar da keçən ildəkindən xeyli artıqdır.
Son zamanlar rayonda arıçılığın inkişafı istiqamətində müsbət irəliləyişlərə nail olunmuşdur. Ötən ilin müvafiq dövründə rayon üzrə 325 təsərrüfatda 2216 arı ailəsi olduğu halda, indi 342 təsərrüfatda 2867 arı ailəsi var. Arıçılar hər il Bakıda təşkil olunan yarmarkaların açılmasını onlara göstərilən diqqət və qayğı kimi dəyərləndirir, arı məhsullarının satışında problem olmadığını bildirirlər.
Rayonda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə bir sıra məqsədyönlü tədbirlər də həyata keçirilir. Məsələn, Ağköynək kəndində tərəvəz məhsulları yetişdirilməsi üçün 1 hektar ərazidə yeni istixana kompleksi tikilərək istifadəyə verilmişdir. Ağköynək və Çaylı kəndlərinin hər birində isə istixana kompleksinin tikintisinə başlanılmışdır.
Ümumiyyətlə, digər rayonlarda olduğu kimi, Qazaxda da fermerlər dövlətin onlara göstərdiyi güzəştlərdən lazımınca yararlanırlar. Təkcə bu il rayonun 8433 nəfər kənd təsərrüfatı istehsalçısına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, buğda, çəltik əkininə görə 988 min 599 manat subsidiya verilmişdir. Bu da əvvəlki ildəkindən 222 min 418 manat çoxdur. Güzəştlərdən heyvandarlar da yararlanmışlar. Belə ki, süni mayalandırılmış heyvanlardan 139 baş bala alınmış və həmin balalara görə 13900 manat subsidiya ödənilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
26 oktyabr 2017-ci il
"Azərbaycan” qəzeti
26 oktyabr 2017-ci il
Facebook-da paylaş