Şəhid ailələrinə bayram sovqatları verilib » Göyəzən internet portalı


Şəhid ailələrinə bayram sovqatları verilib

Şəhid ailələrinə bayram sovqatları verilib
HGC GROUP MMC tərəfindən bayram günlərində şəhid ailələrinə yardım göstərmək artıq ənənə halını alıb. Cəmiyyətdə (Qazax Sement Zavodunda) Qurban bayramı münasibətilə şəhid ailələrinə və zavodun kollektivinə bayram sovqatları verilib.

Cəmiyyət Qurban bayramında həmişə olduğu kimi bu il də xeyirxahlıq missiyasına sadiq qalaraq şəhid ailələrini yaddan çıxartmayıb. İstehsal müəssisəsinin yerləşdiyi rayonun Daş Salahlı kəndində, eləcə də zavodda çalışan şəhid ailələrinə diqqət və qayğı ilə yanaşan zavod kollektivi bu bayram günündə də onların yanında olub, maddi və mənəvi cəhətdən köməklik göstərib.

Bu gün Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələrinə bayram sovqatları verilib.

Daş Salahlı kənd icra nümayəndəliyində keçirilən görüşdə HGC GROUP Həmkarlar İttifaqının sədri Nizami Zeynalov, insan resurslarının idarəedilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrasiya bölməsinin rəisi Vüsal Əliyev və zavodun mühafizə və nəzarət rəisi Sübhan Qarakişiyev çıxış edərək şəhid ailələrini Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirib.

Bu gün Daş Salahlı kəndində yaşayan 21, zavodda işləyən 8 şəhid ailəsinə, 3 aprel şəhidi ailəsinə, eyni zamanda zavodda çalışan 535 nəfər işçiyə cəmiyyət tərəfindən bayram sovqatları verilib.

GOYEZEN.AZ

Şəhid ailələrinə bayram sovqatları verilib
Şəhid ailələrinə bayram sovqatları verilib
Şəhid ailələrinə bayram sovqatları verilib
Şəhid ailələrinə bayram sovqatları verilib
Şəhid ailələrinə bayram sovqatları verilib


Facebook-da paylaş