İsrafil ağa hamamı bağlanmışdır » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



İsrafil ağa hamamı bağlanmışdır

İsrafil ağa hamamı bağlanmışdır
Qazax şəhərində yerləşən İsrafil ağa hamamı rayonumuzun ən qədim abidələrindən biridir. Tarixi özündə yaşadan bu tikili ömrünün ikinci yüzilliyini yaşayır.
İsrafil ağa hamamı uzun illər fəaliyyət göstərmiş, insanları paklığa, təmizliyə qovuşdurmuşdur. Bir sözlə, rayon sakinləri, eləcə də rayonumuza gələn qonaqlar ondan bir təmizlik ocağı kimi istifadə etmişlər.

Hamam çirkdən təmizlənməkdir, yəni təmizlikdir, paklıqdır. Bu məkan təmiz olmalıdır ki, insanlar tərəfindən istifadə olunsun, onlara bir xeyri dəyə bilsin. Çünki hamam özündə yalnız bunları ehtiva edir. Bir sözlə, hamamda antisanitariya halları olmamalı, təmizlik yüksək səviyyəyə gətirilməlidir. Cəmiyyət hamamı belə görüb, belə də qəbul edib. Əks halda bu məkan insanlar tərəfindən qəbul edilməz, adamlarda özünə qarşı, onu işlədənlərə qarşı ikrah hissi oyadar. Belə halların olmaması üçün, hamamın hamam kimi işləməsi üçün burada təmizlik işləri çox yüksək səviyyədə olmalı, insanlara məqsədəuyğun şəkildə xidmət göstərməlidir. Yalnız belə olduğu halda əhali bu məkana üz tutar, ondan təmizlik məqsədi ilə istifadə edər. Əks halda isə hamam hamam kimi qəbul edilməz.

Necə ki, Qazaxda fəaliyyət göstərən, adını qeyd etdiyimiz İsrafil ağa hamamı kimi. Uzun illərdir ki, fəaliyyət göstərən bu hamamdan son bir ildə məqsədə müvafiq şəkildə istifadə olunmamışdır. Antisanitariya halları olduğu üçün son vaxtlar rayon sakinlərinin ondan istifadəsi demək olar ki, tamamilə azalmışdı. Bununla əlaqədar olaraq hələ ötən il hamam bağlanmış və lazımi tədbirlərin görülməsi vacib hesab olunmuşdur. Bir müddətdən sonra hamamın fəaliyyəti yenidən bərpa olunmuş və təkrar olaraq işə salınmışdır.

Lakin əvvəllər buraxılmış nöqsanlar yenidən təkrar olunmuş, bildirilən irad və göstərişlər təkrar olaraq baş verməyə başlamışdır. Hamamda natəmizlik halları yenidən mövcud olmuş, səliqə-sahman yaradılmamışdır. Ən çox da insanları narahat edən burada baş verən neqativ hallardır. Bunun nəticəsidir ki, rayon sakinlərində haqlı olaraq hamamdan narazılıq əmələ gəlmişdir. Natəmizliyin hökm sürdüyü, neqativ halların mövcud olduğu bir şəraitdə hamam fəaliyyət göstərə bilməzdi.

Bütün bunları nəzərə alaraq, icarədarın müraciətinə əsasən bağlanmış müqaviləyə xitam verilmiş və İsrafil ağa hamamı bağlanmışdır.

Yaxın günlərdə ətrafda olan Şəhidlər xiyabanının tikintisi başa çatdıqdan sonra tarixi abidə olan İsrafil ağa hamamının da yenidən bərpasına başlanılacaqdır.


Facebook-da paylaş