Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub

Qazax rayonunda yeni qurulan gənc ailələrin nikah mərasimlərinin ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsi artıq bir ənənə halını alıb.

Bu gün daha bir gənc ailə toyları günü ümummilli liderin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra cütlüklər öz ailə üzvləri və doğmaları ilə birlikdə Heydər Əliyev Mərkəzinə gəliblər. Orada nikah mərasimi təşkil olunub.
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Nikah mərasimi Alcanov Elmar Oruc oğlu və Bənnayeva Nurlanə Məhəmməd qızından ibarət cütlüklərin arzusu əsasında reallaşıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova və rayon Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova çıxış edərək nikah mərasimləri keçirilən hər iki gəncə ailə səadəti arzulayıb, bu gözəl gün münasibətilə valideynlərini təbrik ediblər. Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə belə mərasimlərin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Sonda gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki gəncin ailə nikahları rəsmi qeydə alınıb.

Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
Qazaxda daha bir gənc ailə Heydər Əliyev Mərkəzində nikaha daxil olub
GOYEZEN.AZ

Facebook-da paylaş