"Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" adlı tədbir keçirilib
28 May - Respublika Günü ilə
əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə rayon məktəbliləri,
əsgər və zabitlər iştirak ediblər. Muzeyi ziyarət edənlərə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranma tarixindən və yaranma zərurətindən, Azərbaycan tarixindəki
əhəmiyyətindən bəhs edən geniş mühazirələr oxunub. Respublika Gününə aid tarixi
kadrlardan ibarət filmlər nümayiş etdirilib. Azərbaycan Xalq Cümhuriyyəti
yarandığı ilk günlərdə qəbul etdiyi qərarlar, Bayraq, Himn, Gerb, müstəqil pul
dövriyyəsi, ordu quruculuğu və "İstiqlal Bəyənnaməsi” əks olunmuş sərgi təşkil
olunub. GOYEZEN.AZ
Facebook-da paylaş