“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib » Göyəzən internet portalı

“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib

“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyinin Kinomatoqrafiya şöbəsinin sifarişi ilə 2012-ci ildən etibarən “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsilə sənədli filmlərinin istehsalına başlanılıb və bu silsilədən bir çox Milli Qəhrəman haqqında film çəkilib.

Ərsəyə gələn növbəti sənədli film isə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” sənədli filmidir.

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyinin Kinomatoqrafiya şöbəsinin təşəbbüsü, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə filmin təqdimat mərasimi olub.

Təqdimat mərasimində Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, Mədəniyyət və Turizm Nazirlyinin Kinomatoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə, gənc rəssam Akif Əmirov, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri, Milli Qəhrəmanın yaxınları, doğmaları, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak edib.

Tədbir şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Tədbir iştirakçıları və qonaqlar Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsini yad edərək abidə kompleksin önünə gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın vaxtilə təhsil aldığı və bu gün adını daşıdığı Qazaxbəyli kənd tam orta məktəbinə gələrək məktəbin həyətində yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Məktəbin X sinif şagirdi Nazənin Qurbanova A.Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini oxuyub.

Daha sonra tədbir iştirakçıları rayon rəhbərliyi tərəfindən Milli Qəhrəmanın xatirəsinə tikilmiş bulaq-abidə kompleksini ziyarət ediblər.
“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Sonra Gənclər Mərkəzində davam edən tədbirdə filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək filmdə əməyi keçən və tədbirdə iştirak edən insanlara öz minnətdarlığını bildirib. Filmin əhəmiyyətindən söz açan müəllif qeyd edib ki, bu cür filmlərin çəkilməsində məqsəd gənc nəsildə vətənpərvərlik hissini aşılamaq və Milli Qəhrəmanlarımızı, şəhidlərimizi yad etmək və gələcək nəsillərə tanıtmaqdır.
“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Mədəniyyət və Turizm Nazirlyinin Kinomatoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə çıxış edərək bildirib ki, A.Mustafayev Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlamış və daim ön cəbhədə olaraq öz jurnalist fəaliyyətini peşəkarcasına yerinə yetirmişdir. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən A.Mustafayev “İlin ən yaxşı jurnalisti” və “Respublikanın Əməkdar Jurnalisti” fəxri adlarına layiq görülmüşdür. A.Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir.

Sonra “Alı zirvəsi” adlı sənədli filmin nümayişi olub. Filmdə A.Mustafayevin telejurnalist və publisist kimi həyat yoluna və fəaliyyərinə nəzər salınıb, yaxınlarının, doğmalarının, müəllimlərinin, tələbə və iş yoldaşlarının, qələm dostlarının Milli Qəhrəman haqqında fikirləri toplanıb. Eyni zamanda, filmdə Milli Qəhrəmanın telejurnalist kimi vaxtilə aldığı müsahibələri özündə əks etdirən kadrlar yer alıb.
“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova təqdimat mərasimində çıxış edərək şəhid jurnalist A.Mustafayevin həyat və fəaliyyətini özündə əks etdirən bu cür filmlərin gənclərimizin milli, mənəvi və vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycanın vətənpərvər oğulları, eləcə də jurnalistləri unudulmurlar. Çünki bu qəhrəman insanlar, vətənpərvər jurnalistlər azadlıq, müstəqillik mücahidləri kimi canlarını Vətən yolunda fəda ediblər.

RİHB Aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov, “Milli Qəhrəmanlar” qəzetinin redaktoru Səbinə Yusif çıxış edərək A.Mustafayevin sağlığında qəhrəmanlıq qazanmış, eyni zamanda, ölümün gözünə dik baxaraq Vətən, torpaq və xalq uğrunda canından keçən vətənpərvər bir oğul olmasından söz açıblar.

Milli Qəhrəmanın adını daşıyan Qazaxbəyli kənd tam orta məktəbin şagirdlərinin ifasında A.Mustafayev şeirləri səslənib.

Sonda Milli Qəhrəmanın bacısı Bəsti Yaqubova çıxış edərək qardaşının xatirəsinə göstərilən hörmət və ehtirama görə Respublika Prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün təqdimat mərasiminə toplaşdığımız film şəhid jurnalistə verilən dəyərin ən bariz nümunəsidir. Filmin ərsəyə gəlməsində əməyi keçən bütün insanlara sonsuz təşəkkürünü çatdırıb.

GOYEZEN.AZ

Facebook-da paylaş