Qazaxda yeni şadlıq sarayının açılışı olub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeni şadlıq sarayının açılışı olub

Qazaxda yeni şadlıq sarayının açılışı olub
Qazaxda sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait və şəffaf mühit yaradılıb. Ona görə də rayonda sahibkarlıq sürətlə inkişaf etməyə başlamışdır. Bunu Qazaxda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, açılan dükanların, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən daha aydın şəkildə görmək olar.

Bu gün Qazaxda açılışı olan “Yeddi gözəl palace” şadlıq sarayı sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani sübutudur.

“Təbriz FEFA” MMC-nin təsisçisi və direktoru Fəzail Qasımov açılış mərasimində çıxış edərək bildirib ki, respublikamızda, eləcə də Qazaxda özəl sektorun inkişafı üçün yaradılan şərait biz sahibkarlara böyük stimul verir. Qeyd edib ki, 35 nəfərin çalışacağı yeni şadlıq sarayı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərdiyi diqqət və qayğı sayəsində istifadəyə verilmişdir. F.Qasımov ölkəmizdə sahibkarlığın inkişafına stimul verdiyinə görə Ölkə Başçısına minnətdarlıq edib, onlara dəstək olduğuna görə isə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıb.

Açılış mərasimində iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni sahibkarlıq obyektinin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi səmimi qəlbdən təbrik edib, öz xeyir-duasını verib.

Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf mühit və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlara geniş imkanlar yaradılıb və onlara hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.

Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi şadlıq sarayı ilə tanış olub.

Qazaxda yeni şadlıq sarayının açılışı olub
Qazaxda yeni şadlıq sarayının açılışı olub
Qazaxda yeni şadlıq sarayının açılışı olub
Qazaxda yeni şadlıq sarayının açılışı olub
GOYEZEN.AZ


Facebook-da paylaş