Qazax şəhərində çoxmənzilli binalarda və həyət evlərində təmir işləri davam etdirilir » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Qazax şəhərində çoxmənzilli binalarda və həyət evlərində təmir işləri davam etdirilir

Qazax şəhərində çoxmənzilli binalarda və həyət evlərində təmir işləri davam etdirilir. Cənab Rəcəb Babaşov Qazax rayonuna icra başçısı təyin olunduqdan sonra digər sahələrlə yanaşı, şəhərdəki çoxmənzilli binalarda və həyət evlərində təmir işlərinin aparılmasına diqqət artırılmışdır. 2017-ci ildə Qazax şəhərindəki 78 çoxmənzilli binaların təmirindən sonra vətəndaşların çoxsaylı müraciətlərinə əsasən yeni mənzillərin təmir olunması məqsədilə çoxmənzilli yaşayış binalarına və həyət evlərinə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin və aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə baxış keçirilmişdir.

Baxış zamanı məlum olmuşdur ki, vətəndaşlar öz yaşayış mənzillərinin təmiri ilə bağlı icra başçısına müraciət etməkdə haqlıdırlar. Həqiqətən onların yaşadıqları binaların və həyət evlərinin təmirə ehtiyacı vardır.

Belə ki, baxış zamanı N.Nərimanov yaşayış massivində, M.V.Vidadi, Azadlıq, Ə.Dilbazi, Bakı küçələrində, H.Əliyev prospektində ümumiyyətlə, 16-dan çox binada təmir aparılmasına ciddi ehtiyac vardır.

Bundan başqa, baxış zamanı Qazax şəhərindəki hərbi şəhərcikdə olan 2, 3, 4 və 5 saylı çoxmənzilli binalarda və yataqxana binasında da təmir işlərinin aparılmasına ehtiyac olduğu məlum olmuşdur.

Həmin binaların hamısının dam örtüyündə, fasad hissəsində, bloklarda, çöl divarlarında təmir işlərinə başlanılması qərara alınmışdır. Həmin mənzillərdə yaşayan sakinlər bu xəbəri sonsuz sevinc hissi ilə qarşılamışlar. Onlar Ölkə Başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.

GOYEZEN.AZ

Facebook-da paylaş