Vətəndaşlara diqqət və qayğı göstərilir » Göyəzən internet portalı


Vətəndaşlara diqqət və qayğı göstərilir

Vətəndaşlara diqqət və qayğı göstərilir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaşlara diqqət və qayğı ilə yanaşır, onların problem və qayğıları ilə maraqlanır, mütəmadi olaraq sakinlərlə görüşlər keçirir.

Vətəndaş amilini ön plana çəkən rayon rəhbərliyi rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini qəbul edir və dinləyir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iş saatının bitməsinə baxmayaraq axşam saatlarında bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib.
Vətəndaşlara diqqət və qayğı göstərilir
Qazax şəhər sakinləri Süleyman Yasəf oğlu Möhtərəmov və Ülviyyə Asəf qızı Möhtərəmova işlə təmin olunmaları barədə müraciət ediblər. Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra Süleyman Möhtərəmovun “İnvestel” MMC-də işlə təmin olunması barədə göstəriş verib. Ülviyyə Möhtərəmovanın isə ixtisasına uyğun olaraq imtahan verməsi və yaxud da Xalça fabrikində işləməsi təklif olunub.

Çaylı kənd sakini Gülnarə Dönməzova isə evinin təmir olunması ilə bağlı müraciət edib. Sakini diqqətlə dinlədikdən sonra rayon rəhbərliyi yaxın vaxtlarda onun müraciətinə baxılacağını bildirib.

Qarapapaq kənd sakinlərindən Mustafayev Ədalət Bəhmən oğlu və Mustafayeva Sevinc Saday qızı da işlə bağlı müraciət etdiklərini bildiriblər. Rayon rəhbərliyi Ədalət Mustafayevin mərkəzi xəstəxananın tikintisində, Sevinc Mustafayevanın isə Xalça fabrikində münasib işlə təmin olunmaları barədə göstəriş verib.

Rayon rəhbərliyinin qəbulunda olan vətəndaşlar səmimi qəbula və onların müraciətlərinə operativ şəkildə münasibət bildirildiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlara diqqət və qayğı göstərilir
Vətəndaşlara diqqət və qayğı göstərilir
Vətəndaşlara diqqət və qayğı göstərilir
GOYEZEN.AZ


Facebook-da paylaş