"Mobil Səyyar ASAN xidmət"dən vətəndaşlar razılıq edir » Göyəzən internet portalı

"Mobil Səyyar ASAN xidmət"dən vətəndaşlar razılıq edir

"Mobil Səyyar ASAN xidmət"dən vətəndaşlar razılıq edir
Məlumat verdiyimiz kimi "Mobil Səyyar ASAN xidməti"nin nümayəndələri əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə dekabrın 7-də Qazax rayonuna gəliblər. Texnika ilə təchiz olunmuş xüsusi avtobusda hər gün xeyli sayda rayon sakininə müxtəlif növlər üzrə səyyar xidmət göstərilir.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Mobil Səyyar ASAN xidməti"nə məxsus avtobusun yerləşdiyi Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanına gəlib. Xidmətin nümayəndələri üçün yaradılan şəraitlə və rayon sakinlərinə göstərilən xidmətlə yaxından tanış olub.

Rayon rəhbərliyinə məlumat verilib ki, hər gün onlarla rayon sakini müraciət edir. Səyyar şəkildə göstərilən xidmətlər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Bu xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, nikahın qeydə alınması və funksional yardımçı xidmətlər daxildir.

Bildirilib ki, səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bundan əlavə İcra Başçısına məlumat verilib ki, “Mobil Səyyar ASAN xidmət" sərhəddə yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin sakinlərinə xidmət göstərmək məqsədilə Aslanbəyli kənd tam orta məktəbində olub, sakinlər üçün rahatlığı təmin ediblər. Məqsəd sərhəd kəndlərində olan məktəb şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin etmək, eləcə də kənd sakinlərini şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçirmək olub. Ən əsası isə sakinlər üçün lazım olan rahatlığı təşkil etməkdir.

Xidmətdən yararlanan sakinlər onlar üçün yaradılan bu yüksək şəraitə və göstərilən xidmətə görə Ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını çatdırıblar.

Eyni zamanda məlumat verilib ki, "Mobil Səyyar ASAN xidmət" dekabrın 28-dək vətəndaşlara xidmət göstərəcəkdir.

Sonra İcra Başçısı Rəcəb Babaşov Qazax Telekommunikasiya Qovşağı və rayon Poçtamtının inzibati binalarına baş çəkib, iş şəraiti ilə tanış olub, əhaliyə göstərilən poçt və rabitə xidmətləri ilə maraqlanıb.

GOYEZEN.AZ

Facebook-da paylaş