Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub » Göyəzən internet portalı


Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub

Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda bütün sahələrə böyük diqqət və qayğı var. Bunu rayonda keçirilən tədbirlərdən, aparılan tikinti-quruculuq işlərindən aydın şəkildə görmək olar. Bu gün rayonda ədəbiyyat sahəsinə də xüsusi önəm verilir. Şairlər vətəni sayılan Qazaxda elə bir şair və yazıçı yoxdur ki, onun yubileyi, doğum günü qeyd edilməsin, yaradıcılıq gecəsi keçirilməsin. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialı tərəfindən irəli sürülən təkliflər rayon rəhbərliyi tərəfindən birmənalı şəkildə dəstəklənir, bir-birindən maraqlı və yaddaqalan tədbirlərlə qeyd olunur.

Xalq şairi Osman Sarıvəllinin doğum günü yaxınlaşır. Bu münasibətlə rayonda tədbir keçirilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə bir sıra işlərin görülməsinə başlanılıb.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Osman Sarıvəllinin məzarını ziyarət etmək üçün şairin dəfn olunduğu II Şıxlı kənd qəbiristanlığına gəlib. AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal O.Sarıvəllinin yaradıcılığı barədə danışıb, şairin öz vəsiyyətinə uyğun olaraq doğulduğu kənddə dəfn olunduğunu bildirib.

İcra Başçısı xalq şairinin qəbrinin və ətrafının əsaslı şəkildə təmir edilməsinə ehtiyac olduğunu qeyd edib. Məzarın təmir olunub yüksək səviyyəyə çatdırılması üçün tapşırıqlar verib.

Rəcəb Babaşov eyni zamanda şair Eldar Nəsiblinin qəbrini də ziyarət edib.

Elçin İSMAYIL


Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub


Facebook-da paylaş