Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar » Göyəzən internet portalı

Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar

Bu gün Türkiyənin Azərbaycandakı baş konsulu Orhan İşıq və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Qazax rayonunda olublar. Qonaqlar Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatında çox səmimi qarşılanıb. Sonra görüş olub.
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev qonaqları rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından salamlayaraq xoş gəldin deyib. Sonra Litva və Türkiyənin Qazax rayonunda bu gün həyata keçirdikləri layihələrdən söz açıb. Qeyd edib ki, həm Daş Salahlı kəndindəki Təhlükəsiz Oyun Meydançası, həm də Abbasbəyli kəndində tikilmiş tibb məntəqəsi xeyirxah məqsədə xidmət edir. Bu, eyni zamanda dövlətlərimiz arasında mövcud olan dostluq münasibətinin əyani sübutudur.
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edərək rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçirilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirib. “Sevinirəm ki, qədim şəhərimiz olan Trakayla Qazax rayonu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ümid edirəm ki, bu əlaqələrimiz daha da genişlənəcəkdir” – deyə səfir bildirib.
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyə dövlətinin Azərbaycandakı baş konsulu Orhan İşıq öz çıxışında Türkiyə-Azərbaycan dostluğundan söz açaraq iki dövlət arasında olan qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, bu mənim Qazax rayonuna ilk səfərimdir və həyata keçirdiyimiz ilk layihədir. Ümid edirəm ki, bundan sonra bu əlaqələrimiz daha da genişlənəcək, daha böyük işlər həyata keçiriləcəkdir.

Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev çıxış edərək bildirib ki, Azərbaycanın Qızıl Aypara və Türkiyənin “Türkkızılayı” cəmiyyətlərinin bir-biri ilə tarixi bağlılığı vardır və bu bağlılıq hər iki dövlətə böyük töhfələr verir.
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Sonra M.Alıyev qonaqlara üzərinə Qazax rayonunun simvolu olan Göyəzən dağının şəkli əks olunmuş suvenir hədiyyə edib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Elçin İSMAYIL

Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar
Türkiyənin Azərbaycandakı baş konsulu və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qazax rayonunda olublar

Facebook-da paylaş