Ömrün uzun olsun, su çəkən » Göyəzən internet portalı


Ömrün uzun olsun, su çəkən

Ömrün uzun olsun, su çəkən
Babalarımızdan qalmış su çəkib, yol salmaq kimi xeyirxah ənənələr bu gün də yaşayır. Elinin, camaatının qədrini bilən insanlar həmişə susuz yerlərə su, yolsuz sahələrə yol çəkərək el-obanın hörmətini qazanıblar. Bu gün Qazax rayonunda olduğu kimi.

Son 1 ildən bir qədər çox vaxt ərzində rayonun neçə-neçə kəndlərinə, yaşayış sahələrinə su çəkilib, illərdən bəri yığılıb qalmış problemlər öz müsbət həllini tapıb. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli kəndlərinin sakinləri bununla əlaqədar bu gün də rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

Bəli, fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməlləri özünün gündəlik işinə çevirən Rəcəb Babaşov digər sahələrlə yanaşı bu sahədə də yadda qalası xeyli işlər görmüşdür.

Cəmi bir neçə gün bundan əvvəl vətəndaşların rayon rəhbərliyinə müraciətindən dərhal sonra əməli işə başlanılmış və həmin yaşayış sahələrinə su çəkilmişdir. Bu əlamətdar gün Ağköynək Qarapapaq kənd camaatının yaddaşında hələ uzun illər yaşayacaqdır. Məhz bu gün hər iki kəndin yaşayış massivlərinin bir hissəsinə içməli su çəkilmişdir.

500 və 310 metrə yaxın bir məsafədən çəkilmiş su göz yaşı kimi dumduru axır. Bununla da 34 ailənin su problemi rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapmışdır.
Ömrün uzun olsun, su çəkən
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu münasibətlə Ağköynək Qarapapaq kəndlərində olaraq sakinlərlə görüşüb, onlara göz aydınlığı verib. Rayonda olan problemlərin zaman-zaman aradan qaldırıldığını bildirib.
Ömrün uzun olsun, su çəkən
Ağköynək kənd sakinlərindən Yeganə Qasımova, Naidə Nəbiyeva, Cəmilə Əliyeva, Qarapapaq kənd sakinlərindən isə Tamam Quliyeva, Ülviyyə Piriyeva və başqaları söz alaraq su çəkilişi ilə əlaqədar rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Ağköynək Qarapapaq kəndlərinin bu hissəsində də əhalinin su həsrətinə son qoyulmuşdur. Ömrün uzun olsun, su çəkən.
Ömrün uzun olsun, su çəkən
Elçin İSMAYIL


Facebook-da paylaş