İcra başçısı şəhərdə su və kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərlə tanış olub
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qazax şəhərinin içməli su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinin icrasını uğurla həyata keçirir.
Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material
ehtiyatları tədarük edərək küçələrdə su-kanalizasiya xətlərinin çəkilişini
paralel aparır. Rayon rəhbərliyi də su-kanalizasiya sisteminin
çəkilişlərinə start verilən ilk gündən bu sahəni daim diqqət mərkəzində
saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya
sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə
düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat
rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması,
bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud
vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də
çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə
maraqlanılması bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər
Salmanov və digər aidiyyatı şəxslərlə birlikdə su-kanalizasiya sisteminin
çəkilişi aparılan küçələrdə olub, burada görülən işlərin mövcud vəziyyəti ilə
maraqlanıb. Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov su və kanalizasiya xəttinin çəkilişi
ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə
çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması,
çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat
verib. Bu günə kimi kanalizasiya
sistemi borularının quraşdırılması üzrə 73,96%, su təchizatı borularının quraşdırılması üzrə isə 58,75% işlərin yerinə yetirildiyini qeyd edib. İcra başçısı istər su, istərsə
də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha
vurğulayıb. Eyni zamanda çəkiliş
yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə
gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir
daha tapşırıq və tövsiyələrini verib. Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC,
maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi
şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək
layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi
tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək
layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş