İcra başçısı İkinci Şıxlı kəndində tikilən “Qazax Aqropark”dakı mövcud vəziyyətlə tanış olub
Son illər Respublika Prezidenti cənab İlham Əliyevin aqrar
sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı
imzaladığı çoxsaylı Fərman və Sərəncamları əsas götürərək bu sahəni daim diqqət
mərkəzində saxlayan rayonlardan biri də məhz Qazax rayonudur. Bunu son 3 ildə
rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin
yaradılmasından da aydın şəkildə görmək olar. "İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci
Şıxlı kəndində tikilən "Qazax Aqropark” da ölkə Prezidentinin kənd
təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurla icra
olunmasının əyani sübutudur. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə
yaradılan bu Aqropark eyni zamanda yeni iş yerlərinin açılması və xeyli sayda
insanın işlə təmin olunması deməkdir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul
işçisi Orxan Mürsəlovla birlikdə İkinci Şıxlı kəndində olub və "Qazax Aqropark”dakı
mövcud vəziyyətlə maraqlanıb. Rayon rəhbərliyinə cari ildə Aqroparkda aparılan
əkin sahəsi haqqında məlumat verilib. Bu il 1052,35 hektar sahədə əkin
işləri aparıldığı bildirilib. Əkin sahəsinin 300,05 hektarını kartof, 463,0
hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq,
20 hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya
təşkil etdiyi, bütün sahələrdə məhsul tədarükünün başa çatdığı qeyd edilib. Məlumat üçün
qeyd edək ki, Aqroparkda torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu
13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü
pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili
suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı
suvarma xətləri çəkilib. Bundan əlavə, Aqropark daxilində sahəsi 1600 kv.m olan
quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi
463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi
608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin
ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa
edilib istismara verilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km
uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630
kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos
stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i
ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb.
Aqroparkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı
sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib,
o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə
isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara
verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü
pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla
beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya
alınıb. Bundan başqa, Aqroparkın həyətində həyət abadlaşma işləri
aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Məlumat üçün
bildirək ki, Aqroparkda torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu
13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü
pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili
suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı
suvarma xətləri çəkilib. Bundan əlavə, Aqropark daxilində sahəsi 1600 kv.m olan
quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi
463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi
608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin
ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa
edilib istismara verilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda
elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63
kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına
suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq
şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb.
Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı
sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib,
o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə
isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara
verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü
pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla
beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya
alınıb. Bundan başqa, Aqroparkın həyətində həyət abadlaşma işləri
aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
GOYEZEN.AZ
Facebook-da paylaş