• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Ürkməzli kəndində səyyar görüş zamanı qaldırılan məsələ ilə bağlı görülən işlərlə maraqlanıb

Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da əsas götürülür. Məhz son 3 ildə rayon rəhbərliyi tərəfindən Qazaxda vətəndaş amilinin hər şeydən üstün tutulması bunu söyləməyə əsas verir. Sakinlərə olan səmimi münasibətin, göstərilən qayğının ən bariz nümunəsi isə istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər, həmin görüşlər zamanı qaldırılan müraciətlərə operativ şəkildə baxılması, həlli istiqamətində yerindəcə tapşırıq verilməsidir.

Ötən yazımızda Ürkməzli kənd sakinlərinin səyyar görüş zamanı su məsələsi ilə bağlı müraciət etməsi və rayon rəhbərinin bütün görüşlərdə olduğu kimi, həmin görüşdə də məsələnin həll olunması üçün aidiyyəti şəxslərə tapşırıq verməsi barədə məlumat vermişdik. Bundan əlavə, icra başçısının sakinlərin məsələnin həlli ilə əlaqədar təklif etdikləri həmin ərazidə olmasını qeyd etmişdik. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri bu məsələnin də qısa bir vaxtda həll olunacağını bildirmiş və bununla bağlı lazımi işlərin görülməsi üçün tapşırıqlar vermişdi.

Artıq səyyar görüş zamanı qaldırılan həmin məsələ öz müsbət həllini tapmaqdadır. Belə ki, sakinlərin istəyinə uyğun olaraq Xanlıqlar kəndinə gedən arxdan yığılan qaynamalardan göl yaradılıb və həmin göldən matorla borular vasitəsilə Ürkməzli arxına su vurulacaq. Bununla da Ürkməzli kəndində 100-ə yaxın ailənin su problemi aradan qaldırılacaq.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə Ürkməzli kəndində olub, məsələ ilə bağlı həyata keçirilən son tamamlanma işləri ilə maraqlanıb. İşlərin tez zamanda başa çatdırılmasını bildirib, bununla əlaqədar aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

 


GOYEZEN.AZ



Facebook-da paylaş