Vətəndaşın müraciətinə yerində baxılıb
Bu gün genişmiqyaslı
tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti
meydançasını xatırladan Qazaxda bütün sahələr inkişaf edir. Daim diqqət
mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də
vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın
istəyinə əsasən yerində baxış keçirilməsidir. Son 3 ildə rayon
rəhbərinin vətəndaşların müraciətlərinə əsasən yerində baxış
keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi
bunun əyani sübutudur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər bir rayon
sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə
baxılacağını bilir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün icra aparatına müraciət etmiş daha
bir vətəndaşın – Qaymaqlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili
İsmayılov İbrahim Şahvələd oğlunun müraciətinə əsasən yerində baxış keçirib.
Vətəndaşın subartezian quyusunda
suyun az olması barədə müraciətini nəzərə alaraq Tovuz
Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov və digər aidiyyəti
şəxslərlə birlikdə Qaymaqlı kəndində olub. Vətəndaşın müraciətini diqqətlə dinləyən icra
başçısı onu narahat
edən məsələyə aidiyyəti üzrə baxılacağını bildirib.
Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov vətəndaşın qaldırdığı
məsələnin həlli ilə bağlı təklif və tövsiyələrini bildirərək günü sabahdan
həmin məsələnin öz müsbət həllini tapacağını söyləyib.
Sakinlərlə səmimi söhbət
aparan rayon rəhbəri hər zaman olduğu kimi bu məsələnin də operativ şəkildə
həll olunacağını qeyd edib və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlarını
verib.
Vətəndaş İbrahim İsmayılov
onun istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətinə dərhal münasibət
bildirilməsini razılıq hissi ilə qarşılayıb, özünün və kənd sakinlərinin
adından minnətdarlığını bildirib. Ölkə vətəndaşına göstərilən diqqət və
qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz
təşəkkürlərini çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş