Qazaxda M.Hüseyn adına məktəb-liseydə son zəng çalınıb
Respublikamızın hər yerində
qeyd olunan 14 İyun - "Son zəng” günü Mehdi Hüseyn adına məktəb-liseydə də yüksək
səviyyədə təşkil olunub. İstər müəllimlər, istərsə də şagirdlər 2018-2019-cu tədris
ilinin başa çatmasını böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə qeyd
ediblər. "Son zəng” müasibətilə təbrik
üçün məktəb-liseyə gələn Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu
məktəblilər əllərində-gül-çiçək dəstələri ilə qarşılayıblar. Məktəb-liseyin direktoru
Tahirə Comərdova rayon rəhbərliyini salamlayaraq "Son zəng” münasibətilə müəllim və şagirdləri təbrik
etdikdən sonra tədbir açıq elan olunub. "Ey eziz anam Azərbaycan” mahnısının sədaları
altında məzunların meydana gəlməsi ilə başlayan tədbirdə hər tərəfə alqış sədaları
yayılıb. Bu məktəbdə də Azərbaycan
Respublikasının Dövlət Himni səsləndikdən sonra "Son zəng” tədbirinə start verilib.
Direktor T.Comərdova çıxış edərək ölkəmizdə dövlət başçısı İlham Əliyev, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsil
sahəsinə olan yüksək diqqət və qayğıdan söz açıb. Dövlət başçısının bu sahəyə
olan qayğısı sayəsində respublikamızın bütün bögələrində olduğu kimi, Qazaxda
da böyük işlər görüldüyünü, təhsil sahəsində yüksək nailiyyətlərin əldə
olunduğunu qeyd edib. T.Comərdova son 3 ildə rayon rəhbərliyinin təhsil sahəsinə,
müəllimlərə, şagirdlərə göstərdiyi qayğıdan da danışıb. Qeyd edib ki, fəaliyyətə
başladığınız ilk gündən bütün təhsil işçiləri sizin qayğınızı hiss edir. Bunu
istər çoxsaylı məktəb binalarının əsaslı şəkildə təmir olunmasından, istər müəllim
və şagirdlərlə mütəmadi görüşlər keçirməyinizdən, rayonda təhsilin səviyyəsinin
qaldırılması istiqamətində gördüyünüz işlərdən aydın şəkildə görmək olur. Ötən
il bizim məktəbin də əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur. Müəllimlərin
dərsə hazırlıq səviyyəsinin, şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə
rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılan işçi qrupunun fəaliyyətindən söz
açaraq bunun öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, məktəbdə 874 nəfər şagird təhsil alır. Builki
birincilərin sayının 80, IX sinfi bitirən şagirdlərin 70, XI sinfi bitirərək məzun
adını qazanan şagirdlərin isə 42 nəfər olduğunu diqqətə çatdırıb. Bildirib ki,
bu il 42 nəfər XI sinfi bitirir ki, onlardan 40 nəfəri ali məktəblərə qəbul üçün
keçirilən imtahanlarda iştirak ediblər. Onlardan 39 nəfəri birinci turda
müvafiq ballar toplayıblar. İlkin olaraq 1 nəfərin 653, 5 nəfərin 500-dən yuxarı
bal topladığını qeyd edib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 15 İyun – Milli Qurtuluş
Günü və "Son zəng” münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra Respublika
Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban
xanım Əliyevanın ölkə təhsilinin inkişafı istiqamətində gördüyü işlərdən
danışıb. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər
ölkəmizdə inşa olunan, təmir-bərpa işləri aparılan məktəblərin sayının
artdığını bildirib. Bu sahədə görülən işlərin Qazax rayonundan da yan keçmədiyini
vurğulayıb. Bu ilin fevralında istifadəyə verilən Səməd Vurğun adına şəhər 2
saylı tam orta məktəbi bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.
İcra başçısı "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında təhsil sahəsinə də üstünlük verildiyini bildirib. Qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmir olunmasının salındığını bildirib. O cümlədən də həmin məktəblərdən
birinin məhz məktəb-lisey olduğunu vurğulayıb. Rayon rəhbəri bu əlamətdar gün münasibətilə birinciləri də təbrik edərək
belə gözəl bir günün onların həyatında da yaşanmasını arzulayıb. Bu gün
onbirincilərdən estafeti təhvil alan birincilərə daha böyük nailiyyətlər
qazanmalarını arzulayıb.
Rayon İcra Hakimiyyəti
başçısının müavini Gulaya Həsənova çıxış edərək "Son zəng” münasibətilə müəllim və şagirdləri, valideynləri
təbrik edərək məzunlara yenicə qədəm qoyduqları həyatda uğurlar arzulayıb. Ulu
öndər Heydər Əliyevin "Təhsil
millətin gələcəyidir” kəlamına bu gün də böyük hörmətlə yanaşıldığını və gələcəyimiz
olan uşaqlar üçün məqsədyönlü tədbirlər görüldüyünü vurğulayıb. Məktəbi bitirən
məzunlara müsəqil Azərbaycanın qurucuları kimi yetişməyi tövsiyə edən müavin hər
zaman ölkələrinin, doğulub boya-başa çatdıqları Qazax rayonunun, təhsil
aldıqları məktəbin adını uca tutmalarını bildirib.
Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi
yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə, icra başçısına rəhbərlik etdiyi
kollektiv adından dərin minnətdarlığını çatdırıb. Valideynlərdən Novruz
Abdullayev, Xəyyam Salehov və başqaları çıxış edərək məzun adını alan bütün onbirinciləri
təbrik ediblər. Son illər Qazaxda bütün sahələrlə yanaşı təhsil sahəsinin də
uğurla inkişaf etdiyini söyləyiblər. Ölkə başçısının və rayon rəhbərliyinin təhsilə
göstərdikləri diqqət və qayğı sayəsində Qazaxın ötən il qəbulun nəticələrinə
görə respublika məktəbləri arasında 3-cü yerdə dayandığını söyləyiblər. Məktəbin
direktoru olmuş Qasım Əliyev də müəllim və şagird kollektivini təbrik edib,
dövlət tərəfindən təhsil sahəsinə olan qayğıya görə rayon ziyalıları və
ağsaqqalları adından ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Məktəblilərin
hazırladıqları "Yaşa Azərbaycan” kompozisiyası tədbirə toplaşanlara əsl bayram
sevinci yaşadıb. Məzunların ifasında "Şuşanın dağları” mahnısının sədaları altında
təqdim olunan rəqs nümunəsi alqışlarla qarşılanıb. Məzunlar
"Əziz müəllimim” mahnısını səsləndirdikdən sonra söz məktəbin VI sinif şagirdi
Nurlan İsmayılova verilib. Onun saz havası üstdə səsləndirdiyi "Qazaxdanam mən”
şeiri məktəbi bitirən məzunlara təbrik töhfəsi olub. Məktəbin
IV sinif şagirdi Nərmin Abdullayevanın "Azərbaycan-Türkiyə” şeiri, VI sinif
şagirdi Nurlan İsmayılovun səsləndirdiyi "Çırpınırdı Qara dəniz” mahnısı "Son zəng”
münasibətilə təşkil olunmuş tədbirə daha bir rəng qatıb. Məktəbin
məzunu olmuş, gənc aşıq Şahin Süleymanovun şair Eldar Nəsibli Sibirelin "Bura
Qazaxdır, oğlum” şeirini saz havası üstə təqdim etməsi isə tədbirə
daha bir xoş ovqat qatıb və alqışlarla qarşılanıb. Məzunları
birincilər də söylədikləri şeirlər, mahnılar, nümayiş etdirdikləri rəqs nümunələri
və müxtəlif kompozisiyalarla təbrik ediblər. "Son
zəng” münasibətilə təşkil olunmuş tədbir "Yaşa Azərbaycan” mahnısının sədaları
altında xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb. Tədbirdən sonra rayon rəhbərliyi
müəllim kollektivi ilə görüşüb. İcra başçısı bu gün tədbirin yüksək səviyyədə təşkil
olunmasında əməyi keçən insanlara minnətdarlığını bildirib. Məktəb-liseyin
rayon məktəbləri arasında istər qəbulun nəticələrinə, istərsə də tədbirlərin təşkilinə
görə seçildiyini bildirib və uğurlarının bundan sonra da bol olmasını
arzulayıb. Rayon rəhbəri Qazaxın
ziyalılar yurdu olduğunu qeyd edərək dövlət başçısı tərəfindən ziyalılarımıza
verilən qiymətdən də söz açıb. Ölkə
Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən
söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin
Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr
2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar
2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin
respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq
hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq
şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun
Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin
mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin
qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib.
İmzalanmış həmin ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından
bir daha ölkə başçısına, Mehriban xanıma minnətdarlığını bildirib. Rayon rəhbəri
həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi
istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi
hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə
çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80
illiyinin də qeyd olunduğunu vurğulayıb. Məktəbin direktoru Tahirə
Comərdova tədbirdə
iştirak etdiyinə, məzunlara ürək sözlərini çatdırdığına görə rəhbərlik etdiyi kollektiv
adından icra başçısı Rəcəb Babaşova bir daha dərin minnətdarlığını bildirib. Məktəbin ingilis dili müəllimi
Şəfiqə Rəhimi, fiziki tərbiyə müəllimi Bayramxatın Rəhimova, ibtidai sinif müəllimi Xatirə Mustafayeva,
direktor müavini Rəhim Muradov çıxış edərək təhsil
sahəsinə, müəllimlərə göstərilən diqqət və qayğıya görə bir daha ölkə
başçısına, onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını
çatdırıblar. Bu gün onların sevinclərinə şərik olduğuna görə rayon rəhbərinə
razılıqlarını ifadə ediblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda məktəbliləri, müəllimləri, valideynləri bir daha təbrik
edib, xoş arzularını çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş