M.Hüseyn adına məktəb-liseydə ilk zəng çalınıb
Respublikamızın hər yerində qeyd olunan "Bilik
Günü” M.Hüseyn adına məktəb-liseydə də yüksək səviyyədə təşkil olunub. İstər müəllimlər,
istərsə də şagirdlər yeni tədris ilinin başlanmasını böyük sevinc hissi və
bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər. Təbrik üçün məktəb-liseyə gələn Qazax Rayon İcra
Hakimiyyətinin başçısını məktəblilər əllərində-gül-çiçək dəstələri ilə
qarşılayıblar. Bu məktəbdə də Dövlət Himni səsləndikdən sonra
"Bilik Günü”nə start verilib. Məktəb-liseyin direktoru Tahirə Comərdova rayon rəhbərliyini
salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik
edib. Rayon rəhbərliyinin təhsil sahəsinə, müəllimlərə, şagirdlərə göstərdiyi
qayğıdan danışıb Qeyd edib ki, fəaliyyətə başladığınız ilk gündən bütün təhsil
işçiləri sizin qayğınızı hiss edir. Bunu istər çox saylı məktəb binalarının əsaslı
şəkildə təmir olunmasından, istər müəllim və şagirdlərlə mütəmadi görüşlər
keçirməyinizdən, rayonda təhsilin səviyyəsinin qaldırılması istiqamətində gördüyünüz
çoxsaylı işlərdən aydın şəkildə görmək olur. Ötən il bizim məktəbin də əsaslı şəkildə
təmir olunması bunun əyani sübutudur. Müəllimlərin dərsə hazırlıq səviyyəsinin,
şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə rayon rəhbərliyinin təşəbbüsü
ilə yaradılan işçi qrupunun fəaliyyətindən söz açaraq bunun öz bəhrəsini
verdiyini bildirib. Qeyd edib ki, məktəbdə 810 nəfər şagird təhsil alır. Bu il 58 nəfər XI sinfi
bitirib ki, onlardan 41 nəfəri ali məktəblərə daxil olub. 1 nəfər 652, 5 nəfər
500-dən, 8 nəfər isə 400-dən yuxarı bal topladığını qeyd edib. Bu il məktəbə
ilk addımlarını atan birincilərin isə 85 nəfər olduğunu bildirib. Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik
etdikdən sonra Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının
Birinci-vitse prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə, eləcə də
rayonumuzda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Məktəbin builki uğurlarından söz açan icra başçısı
qeyd edib ki, 58 nəfər məzundan 41 nəfərin bu il ali məktəbə qəbul olması onu
göstərdi ki, təhsil sahəsinə olan qayğı ilbəil öz bəhrəsini verməkdədir. Təhsilin inkişafı bağçalardan başlayır deyən rayon
rəhbəri rayonumuzda bağça sahəsində də məqsədyönlü işlərin görüldüyünü
bildirib. Bu
gün Qazax rayonunda fəaliyyət göstərən 25 bağçadan (onlardan 6-sı şəhərdə, 19-u
isə kəndlərdə yerləşir) böyük əksəriyyətinin
yüksək səviyyədə təmir olunduğunu qeyd edib. Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr
evi-uşaq bağçasının, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq
bağçalarının, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı,
Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və
Bala Cəfərli kənd uşaq bağçalarının tikilmiş və əsaslı təmir olunan bağçalar
sırasında olduğunu bildirib. Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək "Bilik Günü”
münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində
uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamına
bu gün də böyük hörmətlə yanaşıldığını və gələcəyimiz olan uşaqlar üçün məqsədyönlü
tədbirlər görüldüyünü vurğulayıb. Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim
və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya
görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını
çatdırıb. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət
işçisi Zəminə Xınalı məktəbin müəllim və şagird kollektivini təbrik edib, dövlət
tərəfindən təhsil sahəsi ilə yanaşı, ordu sahəsinə də böyük diqqət və qayğı
göstərildiyini bildirib. Azərbaycan ordusunun şanlı qələbəsindən söz açaraq məktəblilərin
vətənpərvər ruhda böyümələrini və tərbiyə olunmalarını arzulayıb.
Azərbaycan
Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma
komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da təbriklərə qoşularaq yeni
tədris ilində müəllim və şagirdlərə təhsilimizin inkişafı naminə uğurlar
arzulayıb. Məktəblilərə gələcəkdə Vətənə, dövlətə layiqli bir vətəndaş kimi
yetişmələrini tövsiyə edib. Məktəbin valideyn komitəsinin sədri Bayramxatın Rəhimova
çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə Respublika Prezidenti
İlham Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
bütün valideynlər adından minnətdarlığını çatdıraraq uşaqların gələcəyinin əmin
əllərdə olduğunu bildirib. Bayram əhval-ruhiyyəli tədbirdə məktəblilər Vətənə,
torpağa, anaya, orduya, dövlət atributlarımız olan bayrağa, himnimizə həsr
olunmuş şeirlər səsləndiriblər. Sonra məktəbin ilk zəngi çalınıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və
birincilərlə xatirə şəkli çəkdirib. GOYEZEN.AZ
Facebook-da paylaş