Qazaxda Bilik Günü qeyd olunub
Respublika Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində Bilik Günü kimi qeyd olunur.
Respublikanın hər yerində olduğu kimi Qazax məktəblərində də 15 sentyabr Bilik Günü yüksək səviyyədə qeyd olunub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, RİHB aparatının məsul işçiləri və KİV nümayəndələri məktəbliləri təbrik etmək üçün şəhər Mehdi Hüseyn adına məktəb-liseyə gəliblər.
Şagirdlər qonaqlara gül dəstələri təqdim edib, alqışlarla qarşılayıblar.
Dövlət Himni səsləndikdən sonra yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbir öz işinə başlayıb.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək 15 sentyabr Bilik Günü münasibətilə müəllim və şagirdləri, valideynləri səmimi qəlbdən təbrik edib, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə yaradılmış yüksək şəraitdən danışıb. Qeyd edib ki, cənab Prezidentin göstərişinə əsasən respublikamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Yaradılmış bu yüksək şərait böyüməkdə olan gənc nəslin elmin sirlərinə daha dərindən yiyələnməsinə, gənc nəslin savadlı və bacarıqlı olmasına imkan yaradır. Bu gün ali məktəblərə qəbul zamanı istər şəhər, istərsə də kənd məktəblərindən olan məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıblar.
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək yeni dərs ilinin başlanması münasibətilə ən səmimi arzularını bildiriblər.
Məktəb-liseyin direktoru Tahirə Comərdova, valideyn komitəsinin sədri Afaq Bayramova, dil-ədəbiyyat müəllimi Həcər Nağdalıyeva, 695 balla ali məktəbə qəbul olmuş məktəbin məzunu Kamil Budaqovun bibisi Tamilla Poladlı çıxış edərək məktəb binasını əsaslı şəkildə təmir etdirdiyinə, onlara daim diqqət və qayğı ilə yanaşdığına görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllim və şagirdlər, valideynlər adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra qonaqlar şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbə gəliblər. Dövlət Himni səsləndikdən sonra məktəblilərin alqış sədaları altında tədbir öz işinə başlayıb.
Məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək ötən tədris ilində qazanılan uğurlardan söz açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra ölkəmizdə, eləcə də rayonumuzda təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək söylənilən təbriklərə qoşularaq şagirdlərə gələcəkdə Vətənimiz üçün layiqli vətəndaş kimi böyüməyi, təlim və tərbiyə almağı arzulayıblar.
Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək 2017-2018-ci yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdlərə öz səmimi təbriklərini çatdırıb.
Məktəbin məzunu Həbibə Məmmədzadənin nənəsi Leyla İsmayılova çıxış edərək nəvəsinin yüksək bal toplayaraq Türkiyənin Boğaziçi Universitetinə qəbul olmasına görə əməyi olan bütün müəllimlərə öz dərin minnətdarlığını bildirib.
Hər iki məktəbdə şagirdlər Vətənə, şəhidlərə və müstəqilliyimizə həsr olunmuş şeirlər oxuyublar.

Elçin İSMAYIL
Facebook-da paylaş