• Təqvim

  • Unutma

  • Maraq



Yeni dərs ilinə yeni məktəbdə

Yeni dərs ilinə yeni məktəbdə
Azərbaycan elminə və ədəbiyyatına, hərb sahəsinə görkəmli şəxsiyyətlər bəxş etmiş Yuxarı Salahlı kəndində məktəb binası olduqca yararsız halda idi. Burada müəllimlərin dərs deməsi, şagirdlərin elmin sirlərinə yiyələnməsi üçün demək olar ki, heç bir şərait yox idi.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Qazaxdakı tədris müəssisələri ilə tanış olarkən Yuxarı Salahlıdakı vəziyyət rayon rəhbərliyini ciddi narahat edirdi. Yaranmş çətin vəziyyətdən çıxmaq, mövcud problemi aradan qaldırmaq üçün Rəcəb Babaşov konkret və çox ciddi addımlar atdı, bu məsələni respublikanın ali orqanları qarşısında qaldırdı. Çəkilən zəhmət öz bəhrəsini verdi və bir neçə ay bundan əvvəl Yuxarı Salahlı kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasına başlanıldı.
Yeni dərs ilinə yeni məktəbdə
Yeni dərs ilinin ilk günündə Yuxarı Salahlı kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Yuxarı Salahlı kənd sakinlərinə, valideynlərə, müəllim və şagirdlərə gözaydınlığı verərək onları səmimi qəlbdən təbrik etmişdir. Qeyd etmişdir ki, mən rayonumuzda təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Pedaqoji kollektivlərə, eləcə də şagirdlərə həmişə diqqət və qayğı göstərəcəyəm.

Bu il yeni məktəbdə 462 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olacaqdır. Məktəbin ötən ildəki nəticələri rayon rəhbəri kimi məni qane etmir. Ümidvaram ki, gələn il bu məktəb də digər məktəblər kimi yüksək nəticələr əldə edəcəkdir. Rayon rəhbərliyi müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Sonra rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişlər.
Yeni dərs ilinə yeni məktəbdə
Məktəbin direktoru Məhəmməd Qocayev söz alaraq onlara yaradılmış bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova müəllim, şagird və valideynlər adından təşəkkürünü bildirmişdir. Gələn il Yuxarı Salahlı kənd tam orta məktəbin təhsil sahəsində daha yüksək göstəricilərə nail olacağına söz vermişdir.
Yeni dərs ilinə yeni məktəbdə
Sonra məktəblilərin ifasında Azərbaycanın Dövlət Himni səslənmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov məktəbin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra məktəblə yaxından tanış olmuşdur. Sinif otaqlarına, laboratoriya və kabinetlərə, akt və idman zallarına, kitabxanaya baxdıqdan sonra razılığını bildirmiş, burada yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Yeni dərs ilinə yeni məktəbdə
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yeni dərs ilində şəhər 1 saylı tam orta məktəbində də olmuş, müəllim və şagirdlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibətilə onları səmimi qəlbdən təbrik etmişdir. Qeyd etmişdir ki, şəhər 1 saylı tam orta məktəb bu il qəbul imtahanlarında ən yüksək nəticə əldə etmişdir. Bu, məktəbdə təlim və tədrisin yüksək səviyyədə olmasından xəbər verir. Ümidvaram ki, bu göstərici gələn il daha da artacaqdır.

Bu il ilk dəfə məktəbə qədəm qoyan birincilər İcra Başçısının qarşısında çıxış edərək Vətənə, sülhə və əmin-amanlığa həsr olunmuş şeirlər söyləmişlər.
Yeni dərs ilinə yeni məktəbdə
Məktəbin direktoru Bəsti Ələkbərova çıxış edərək pedaqoji kollektiv adından onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.

Elçin İSMAYIL


Facebook-da paylaş