Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib » Göyəzən internet portalı


Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı Qazax rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq iştirakçılara YAP-ın 24 il ərzində çətin və şərəfli bir yol keçməsindən danışıb, Qeyd edib ki, partiyanın ölkəmizdə anarxiya və özbaşınalığın hökm sürdüyü bir vaxtda ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması, əslində bu təşkilatın yaradılmasının Azərbaycan cəmiyyətinin tələbi olması Azərbaycan dövlətinin ən böyük uğuru idi. Bu gün Prezident İlham Əliyev YAP-ın sədri seçildikdən sonra partiya daha da möhkəmlənib və güclənib. Partiyanın qəbul etdiyi siyasi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun ən bariz nümunəsi üzvlərinin sayının gündən-günə artması, bu gün partiyanın 689 min nəfər üzvünün olmasıdır. Partiya üzvlərinin əksəriyyətini ziyalıların, qadınların və gənclərin təşkil etməsidir. “YAP bu günün, sabahın və gələcəyin partiyasıdır”.
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Sədr və katib seçildikdən, gündəlik təsdiq olunduqdan sonra ilk partiya təşkilatının sədri Azad Hümbətov məruzə ilə çıxış edərək partiyanın yaranması, inkişafı və gördüyü işlər barədə ətraflı məlumat verib, 2016-cı ildə rayonda aparılmış tikinti, quruculuq və abadlıq işlərindən danışıb.

Sonra çıxışlar olub. Qazax RİHB aparatının məsul işçiləri, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova partiyanın qadın siyasəti, baş məsləhətçi Teybə Hüseynova, baş məsləhətçi Kamil Mehdiyev və aparıcı məsləhətçi Vüqar Abdullayev gənclər siyasəti, məsləhətçi Müşviq Pirverdiyev partiyanın yaranması tarixi, məsləhətçi Vəfa Cəbiyeva və RİHB-nın köməkçisi Əmin Abıyev çıxış edərək partiyanın keçdiyi çətin və şərəfli yoldan söz açıblar.
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov YAP-ın yaranması, fəaliyyəti və gördüyü işlər barədə yığıncaq iştirakçılarına məlumat verib.
Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Tərkibi 5 nəfərdən ibarət idarə heyəti seçilib. RİHB aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov yenidən açıq səsvermə ilə ilk partiya təşkilatının sədri, RİHB aparatında baş məsləhətçi Adil Vəliyev isə sədrin müavini seçiliblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, RİHB aparatında baş məsləhətçi Adil Vəliyev, sektor müdiri Azad Hümbətov, məsləhətçi Vəfa Cəbiyeva və aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova partiyanın IX konfransına nümayəndələr seçilib.

GOYEZEN.AZ


Facebook-da paylaş