Aprel şəhidi kapitan Mühüd Orucovun 3-cü ildönümü qeyd olunub
Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya
Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 3 il ötür. Həmin
döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan
Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin
Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca
zirvəyə - şəhidlik zirvəsinə ucalıb. Bu gün həmin şəhidlərimizdən kapitan Orucov Mühüd
Qurban oğlunun son mənzilə yola salındığı gündən 3 il keçir. Bununla əlaqədar
şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində ildönümü mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Mühüd Orucovun Fərəhli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək şəhidin
qəbri üstünə gül dəstəsi qoyub, xatirəsini dərin ehtiramla yad edib. Mərasimdə iştirak edən aparatın məsul işçiləri, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları,
əlilləri, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV
nümayəndələri, kənd sakinləri də şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq
xatirəsini hörmətlə anıblar. Sonra şəhidin ruhuna dua oxunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Qeyd edib ki, ölkə
başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir.
Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri
bildirib ki, Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən
inkişaf edir. İcra başçısı qeyd edib ki, bu döyüş düşmənə ordumuzun gücünü,
əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq
sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv
etməyə qadirdir. Bildirib ki, Aprel döyüşü zamanı Mühüd Orucovun göstərdiyi igidliklər
hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel
döyüşləri zamanı işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən
tapdağından azad edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib. Rəcəb Babaşov çıxışı zamanı qeyd edib ki, illər ötsə
belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə
daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi
bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan
sonra da yüksəkdə tutulacağını vurğulayıb. Dəfələrlə fəxri fərmanlarla və 5 medalla təltif
olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı
ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında
müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi.
Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy
istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına
vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Bildirib ki, Mühüd
Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı
il tarixli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha
bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Bakı
Dövlət Universiteti Qazax filialının direktoru Arif Rüstəmov, Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair
Barat Vüsal çıxış edərək
Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi
qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz
açıblar. Qeyd ediblər ki, Vətəni uğrunda canlarından keçən bütün şəhidlərimiz
kimi Mühüd Orucovun da əziz xatirəsi hər zaman yad ediləcək və o, daim qəlblərdə
yaşayacaqdır. Çıxışlarda Aprel döyüşünün böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Çıxış edənlər qeyd ediblər ki, bu döyüş təkcə döyüş olmadı, eyni zamanda,
Azərbaycanın güclü dövlət kimi tanınması demək idi. Bildiriblər ki, bu gün
istər siyasi meydanda, istərsə də döyüş meydanında yeni qələbələr, zəfərlər
qazanıldıqca şəhidlərimizin də yaraları sağalır, ruhları şad olur. Çıxışlarda
ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli
ordumuzun bundan sonra da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın
tezliklə düşmən tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin
torpaqlarda dalğalanacağı günün uzaqda olmadığı qeyd edilib. Anım mərasimində iştirak edənAzərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxış edərək şəhdin ailəsinə,
yaxınlarına, eləcə də qazaxlılara bir daha başsağlığı verib, şəhdimizə Allahdan
rəhmət diləyib. Kapitan Mühüd Orucovun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindəki kursantlıq dövründən, tələbəlik
illərindən söz açıb. Hələ o illərdən mərd, igid, cəsur, vətənpərvər bir oğul
olduğunu və hər an düşmənlərdən qisas alacağı günün amalı ilə yaşadığını diqqətə
çatdırıb. Şəhidin atası Qurban Orucov şəhidlərə və şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını
bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb Fərəhli kənd tam orta məktəbin şagirdləri Vətənə,
şəhidlərə, eləcə də kapitan Mühüd Orucovun xatirəsinə həsr olunan şeirlər
söyləyiblər. Mərasimdən sonra şəhidin ata evində ehsan süfrəsi
açılıb.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon
şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək Aprel şəhidimizin
həyatından, keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit
ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə
Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir.
Facebook-da paylaş