• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazaxda bütün sahələrlə yanaşı, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Son iki il yarımda rayon rəhbərliyi tərəfindən keçirilən fərdi qəbullar bunun bariz nümunəsidir. Bu cür qəbulların keçirilməsində isə əsas məqsəd sakinlərin qayğılarını, arzu və istəklərini, onları narahat edən məsələləri dinləmək və həlli istiqamətində əməli işlər görməkdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Çaylı kənd sakini Alıyeva Rəna Əli qızını qardaşı Alıyev Həsən Əli oğlu ilə birlikdə ərizəsinə əsasən fərdi şəkildə qəbul edib, onu narahat edən məsələni dinləyib.

Vətəndaşın torpaq məsələsi ilə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri aidiyyəti üzrə müraciət etməsini bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş