Sakinlər minnətdarlıq edirlər
Ötən yazımızda Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup rayon sakininin
istəyini nəzərə alaraq şəhərin "Mal bazarı” deyilən ərazisində olması, onların
müraciətlərini dinləyərək bazar ətrafında səliqə-səhman və abadlıq işlərinin
aparılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verməsi barədə məlumat
vermişdik. Artıq rayon
rəhbərinin tapşırıq və tövsiyəsinə əsasən bazar ətrafında genişmiqyaslı
təmizlik və abadlıq işləri aparılıb. Belə ki, bazar ətrafında 2 hektara yaxın
əraziyə şeben tökülərək qreyderlə hamarlanıb. Sakinlərin maşınlarını rahat
şəkildə saxlamaları üçün yer ayrılıb. Ərazidə olan obyektlər təmir olunaraq
rənglənib. Lazım olan yerlərdə kanalizasiya xətti yenilənib. Bundan əlavə,
iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması və bağlanması üçün xüsusi
yer düzəldilib. Bir sözlə, vətəndaşların istəyini nəzərə alaraq öz mal-qarasını
rahat şəkildə satmaları üçün lazımi şərait yaradılıb. Bu gün rayon
rəhbəri "Mal bazarı” deyilən ərazidə yaradılan şəraitlə tanış olub, sakinlərlə
görüşüb, onlarla söhbət edərək qayğıları ilə maraqlanıb. İcra başçısı
bildirib ki, görülən bütün işlər siz sakinlərin rahatlığının təmin olunmasına,
vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Rayon rəhbəri
qeyd edib ki, necə ki, şəhərin mərkəzi bazarında sakinlərin rahatlığı üçün hər
cür şərait yaradıldı, eləcə də çalışdıq ki, bu bazarda sizlərin öz mal-qaranızı
rahat şəkildə satmanız üçün lazımi şərait yaradılsın. İcra başçısı
vurğulayıb ki, ölkə başçısının da söylədiyi kimi, görülən bütün işlər bir amala
xidmət edir ki, onun da kökündə siz sakinlər dayanırsınız. Məqsədimiz sizlərin
qaldırdığı hər bir məsələnin öz müsbət həllini tapmasına nail olmaqdır. Görülən bütün
işləri, yaradılan səliqə-səhmanı, onlara göstərilən diqqət və qayğını yüksək
qiymətləndirən sakinlər rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş