Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının da təmiri başa çatıb
Bu gün "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda genişmiqyaslı
abadlıq və quruculuq işləri həyata keçirilir. Son 2 il 4 ayda rayonda sosial
obyektlərin, sənaye müəssisələrinin, mağazaların, dükanların, uşaq bağçalarının,
məktəblərin tikilməsi, yeni asfalt yolların çəkilməsi, bir sözlə, həyata
keçirilən tikinti-quruculuq işləri bunu söyləməyə əsas verir. Eyni zamanda,
aparılan bütün bu abadlıq işləri və Qazaxın gündən-günə inkişaf etməsi Respublika
Prezidenti İlham Əliyevin siyasətinin rayonda olduğu kimi icra olunması
deməkdir. Qazaxda
aparılan bu quruculuq işlərinin siyahısında çoxmənzilli binaların əsaslı
şəkildə təmir olunması rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə
qarşılanır. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama
əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq
sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış
binalarında əsaslı təmir işlərinin aparılması quruculuq siyasətinin uğurla icra
edilməsi deməkdir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin
binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin əyani
sübutudur. Rayonda
çoxmənzilli binaların təmir olunmasına böyük sürətlə start verilib. Məhz bunun
nəticəsidir ki, bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-si
tam hazırdır. 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi
şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı,
bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı, dünən "Gillik” adlandırılan
ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət
olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları təmirli binalar sırasındadır. Bu gün isə
şəhərin mərkəzində yerləşən daha 3 binanın əsaslı təmirdən sonra açılış
mərasimi olub. Heydər Əliyev
prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli,
2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli
yaşayış binaları əsaslı təmir olunaraq bina sakinlərinin ixtiyarına verilib. Binanın
qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı,
aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində iştirak etmək üçün
binaların yerləşdiyi ünvana gəlib. Rayon rəhbərini alqış sədaları altında böyük
hörmət və səmimiyyətlə qarşılayan bina sakinləri onun ünvanına xoş sözlər
söyləyiblər. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir
olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan
şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Şəhərin mərkəzində
yerləşən binaların təmir olunmasını dövlətin və dövlət başçısının sakinlərə
olan qayğısı kimi qiymətləndiriblər. Rayon rəhbəri
çıxış edərək bildirib ki, siz sakinlərin sevincinə şərik olmaq, təbriklərimi
çatdırmaq üçün bugünkü görüşə gəldim. Yadınızdadırsa, biz bu işə başlayanda
bildirmişdim ki, şəhərdəki digər çoxmənzilli binalar kimi bu binalar da yüksək
şəkildə təmir ediləcək və hər şey nümunəvi olacaq. Mənə elə gəlir ki, bu gün
biz o istəyimizə nail ola bildik. Çünki rayonumuzda abadlıq və quruculuq
işlərini həyata keçirməkdə əsas məqsədimiz siz sakinlərin məmnunluğunu,
rahatlığını təmin etməkdir. Çünki siz sakinlər bundan da yaxşı şəraitdə
yaşamağa layiqsiniz. Dövlətin və dövlət başçısının da yürütdüyü siyasətin
kökündə vətəndaş amili dayanır. Görülən hər bir iş xalqın adı ilə bağlıdır. İcra başçısı
bildirib ki, bu gün Qazax günü-gündən inkişaf edir və bu, bundan sonra da belə
davam edəcəkdir. Tikinti-quruculuqla yanaşı, şəhərin təmizliyinə riayət olunur.
Bu gün rayonumuzu çəkinmədən "Təmiz şəhər” adlandıra bilərik. "Respublika
Prezidentinin siyasətinin əsasında xalqa xidmət dayanır” deyən icra başçısı bu
istiqamətdə atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü
tədbirlərdən də söz açıb. Rayon rəhbəri
bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət
almasını rayonda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsinin, "Mətanət
A” şirkəti tərəfindən Əhəng zavodunun tikilməsindən aydın şəkildə görmək olar.
Bundan əlavə, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən
tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC
tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin
yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında
demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır. İcra başçısı qeyd
edib ki, Qazax elm, təhsil, mədəniyyət mərkəzi, tairixi şəxsiyyətlər yurdudur. Ona
görə də rayonda tikinti-quruculuq işlərinin aparılması ilə yanaşı, təhsil,
səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr də inkişaf etdirilir. Bunu
istər ali məktəblərə qəbul olan məzunlarımızın, istər yarışlarda medal qazanmış
idmançılarmızın sayının ildən-ilə artmasından aydın şəkildə görmək olar. Rayonda azyaşlı
körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait
yaradıldığını bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə
təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin
edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Qazaxbəyli
kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı
Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı,
kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı,
Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və
Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə
təmir olunan bağçalar sırasında olduğunu qeyd edib. Bundan başqa, İkinci Şıxlı
kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə
yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin uğurla davam
etdirilməsinin bariz nümunəsi olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu
gün rayonda 25 bağça fəaliyyət göstərir ki, onun 6-sı şəhərdə, 19-u isə
kəndlərdə yerləşir. Bu gün həmin bağçaların böyük əksəriyyəti əsaslı şəkildə
təmir olunub. Bəziləri üçün yeni binalar inşa olunub. 7 bağça qalır ki, onların
da yüksək səviyyədə təmir olanaraq körpə balaların istifadəsinə verilməsi
nəzərdə tutulub. İcra başçısı
Rəcəb Babaşov bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində
xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla
həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan qələbələr
də həmin düzgün təmələ söykənir. 61 A nömrəli
binada yaşayan sakinlərdən Şükufə Məmmədtağıyeva, Xeyransa Quliyeva, Müşkünaz
Şəmşiyeva, Gülsüm Həsənova, İlhamə Abdullayeva, 65 nömrəli binada yaşayan
sakinlərdən Təranə Pənahova səmimi ürək sözlərini çatdıraraq respublikamızda,
eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli
binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham
Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin
minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının
imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirən
sakinlər təmir olunmuş çoxmənzilli binaların onlara olan diqqət və qayğının ən
bariz nümunəsi olduğunu qeyd ediblər. Çıxış edənlər
bildiriblər ki, biz sevinirik ki, Prezident İlham Əliyevin söylədiyi "Harda
ehtiyacı olan insan varsa, mən o insanların yanındayam” fikri Qazaxda da uğurla
icra olunur. Biz sakinlər 2 il 4 aydır ki, sizin sayənizdə bunun şahidi oluruq.
Gəldiyiniz ilk gündən hər bir vətəndaşın qaldırdığı məsələ ilə yaxından tanış
olmağınız, hər bir məsələyə operativ şəkildə münasibət bildirməyiniz, fərdi
qəbullar, səyyar görüşlər keçirməyiniz, vətəndaşın istəyini nəzərə alıb onların
yaşadıqları ünvanlara belə getməyiniz bunu söyləməyə əsas verir. Sizin bizim
yaşadığımız binaları yüksək səviyyədə əsaslı şəkildə təmir etdirməyiniz də bu
qayğının əyani təzahürüdür. Ona görə başda siz olmaqla, əməyi keçən hər kəsə
bütün bina sakinləri adından öz dərin minnətdarlığımızı bildiririk. Məlumat üçün
qeyd edək ki, hər 3 binanın bloklarında qaz, işıq və rabitə xətləri
səliqəyə salınıb. Blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan
əlavə, blokların üst hissəsində yağış ötürücüləri betonla düzəldilib, blokun
pəncərələri yenisi ilə əvəz olunub. Pilləkanların perilaları düzəldilib və
rənglənib. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb,
göz oxşayan rənglərlə boyanıb. Binaların həyətində sakinlər üçün stol və stul
düzəldilib. Binaların qabaq hissəsinə sakinlərin rahat şəkldə gediş-gəlişini təmin
etmək üçün beton qatı tökülüb. Həyətdə olan köhnə işıq dirəkləri yenisi ilə
əvəz olunub və SİP kabelləşmə işi aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş