Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini
ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib. Xanlıqlar kənd
sakini Hüseynov Həzi Məhərrəm oğlunun işlə təmin olunmasına köməklik
göstərilməsi barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa
istəyinə uyğun boş iş yeri olan zaman köməklik göstəriləcəyini bildirib. Şəhər sakinləri
Vəliyeva Saadə Əli qızının nəvələrinin qeydiyyata düşməsinə köməklik
göstərilməsi, Gəncəliyeva Pambıq Qara qızının evinin yanından keçən su borusunun tutulması və üzərində qeyri-qanuni tikilinin aparılması, Birinci Şıxlı kənd
sakini, I qrup əlil Mahmudov Məmməd Paşa oğlunun torpaq məsələsi ilə bağlı
müraciətlərinə cavab olaraq qaldırılan məsələlərin yerində araşdırılacağı qeyd
olunub və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib. Şəhər sakini
Məmmədova Firuzə Səttar qızı sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsinin
sənədləşməsinə, Çaylı kənd sakini Ayralova Nailə
Həsən qızı isə anasının adına verilmiş torpaq sahəsinin sənədləşməsinə
köməklik göstərilməsini xahiş edib. Vətəndaşların müraciətini dinləyən icra
başçısı qaldırılan məsələlərlə bağlı köməklik göstərilməsi barədə aidiyyəti
şəxslərə tapşırıq verib. Kəlbəcər
rayonundan məcburi köçkün olan. Hazırda Çaylı kəndində yaşayan Cəlilov Mətləb
Cavanşir oğlu onu fərdi şəkildə qəbul etdiyinə görə minnətdarlığını bilidirib.
O, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikiləcək
mənzillərdən biri ilə təmin olunmasını xahiş edib. İcra başçısı vətəndaşın
istəyini nəzərə alaraq növbəti dəfə yeni binalar inşa olunan zaman köməklik
göstəriləcəyini bildirib. Daş Salahlı
kənd sakini Qasımov Elmar Sahib oğlu şeir yazmasını və bununla bağlı müsabiqədə
iştirak etməsini bildirib. Vətəndaşa Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialına müraciət etməsi tövsiyə olunub. Qarapapaq kənd
sakini, II qrup Qarabağ müharibəsi əlili, Qarabağ Qazilər Birliyinin Qazax
filialının sədri Rəhimov Gündüz Səməd oğlu sədrlik etdiyi birlik üçün ofis
binasının verilməsini və maliyyə dəstəyinin olunmasını xahiş edib. Vətəndaşın
müraciətinə cavab olaraq birliyin Əsasnaməsini təqdim etməsi və boş yer olan
zaman köməklik olunacağı qeyd olunub. Daş Salahlı
kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Mustafayev Vahid Mahal oğlunun, şəhər sakinləri Əmirxanova Ramilə Ziyaddın qızının,
Məmmədova Mehriban Baba qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş