İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki,
İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən
qurulmasına başlanılıb. İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət
baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağça
binasında ilk gündən işlərə böyük start verilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bağçada görülən işlərlə yaxından tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, binada bütün
otaqlarda olan köhnə suvaqlar çapılaraq tökülüb. Bundan başqa, köhnə qapı və
pəncərələr, tavan və döşəmə sökülüb. Əlavə
tikiləcək qrup otaqlarının bünövrə hissəsi qazıldıqdan sonra beton tökülüb. Hazırda
hörügü işləri aparılır. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq bu
iş yekunlaşmaq üzrədir. İcra başçısına bildirilib ki, hörgü tam başa çatdıqdan
sonra köhnə dam örtüyünün yenilənməsinə, binanın daxilində və xarici fasadında
suvaq işlərinə başlanılacaq. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bütün işlərin keyfiyyətlə
aparılmasını tapşırıb. Məlumat üçün qeyd edək ki, bu gün Qazax rayonunda 25
bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə
yerləşir. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində bu gün tam təmirli
bağçalardan isə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər
bağçalarından 1,2 və 3 saylı körpələr evi-uşaq bağçalarını, Daş Salahlı kənd 2
və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını,
Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal
göstərmək olar. GOYEZEN.AZ
Facebook-da paylaş