3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır

3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
Xəbər verdiyimiz kimi, şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçasında körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şərait yararsız halda idi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağça binasında olan mövcud vəziyyəti nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə yeni bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb.

Artıq bir aydan çoxdur ki, bağça üçün ayrılmış həmin binada əsaslı tikinti işləri aparılır.

Tikinti başlayan gündən İcra başçısı Rəcəb Babaşov mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verir. Rayon rəhbəri bu gün də tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov görülən işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü dəyişdirilərək yeni metal örtüklə əvəzlənib. Binanın daxilində arakəsmə hissələrdə hörgü işləri aparılıb, otaqlarda suvaq və üzlük vurulması işləri görülüb. Eləcə də otaqlarda tavan altı elektrik xətti çəkilib, alçiban vurulub. Lazım olan hissələrə beton döşəmə tökülüb. Otaqların bir hissəsində pəncərələr və qapılar qoyulub.

Binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın xarici fasadında suvaq işi başa çatıb, hazırda hamarlanma işi görülür. Həyətdə hasarın bir hissəsində hörgü və suvaq işləri görülüb, eyni zamanda bu iş davam edir. Binanın arxasında sanitar qovşaqları, mətbəx və anbar tikilir ki, burada da hörgü işləri yekunlaşmaq üzrədir. Hazırda həyətə tamet döşənməsi üçün alt hissənin hazırlıq işləri aparılıb.

Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.

Bu gün Qazaxda 25 bağça fəaliyyət göstərir ki, həmin bağçaların 19-u kəndlərdə, 6-sı şəhərdə yerləşir. Məlumat üçün bildirək ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz nümunəsidir.

GOYEZEN.AZ

Facebook-da paylaş